Bu gün adı
sənətsevərlərə yaxşı tanış olan
Rafiq Quliyev yaradıcılıq yükünü 1980-ci
ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət
Rəssamlıq Məktəbini bitirəndən sonra
daşımağa başlayıb. O vaxtdan
boş dəqiqələrini
molbert arxasında keçirməklə yanaşı,
əsas iş saatlarını araşdırmalara,
yaradıcı adamları
üzə çıxarmağa
həsr edib. Təyinatla o vaxtkı Mədəniyyət
Nazirliyinin Elmi-Metodik Mərkəzində çalışmağa
başlayan Rafiq Quliyev və onun rəhbərlik etdiyi təsviri sənət şöbəsi
neçə-neçə
sənətkarın, o
cümlədən Sitarə
Rəhimova (tikmə),
Elmira Abbaslı (kukla), Qasım Qasımov (musiqi aləti), Qərib Sultanov (daşoyma), Tofiq Rəsulov (şəbəkə)
və başqalarının
gözəllik duyumunu
xalqa çatdırıb,
onların sənət
şöhrətinin ölkənin
sərhədlərini aşmasında
və bütünlükdə
Azərbaycan incəsənətinin
təbliğində iştirak
edib.
Ötən əsrin səksəninci illərindən
“boş vaxtını”
yaradıcılıqla doldurmağa
çalışan Rafiq
Quliyevin zaman-zaman sərgilənən kifayət
qədər rəngkarlıq,
qrafika və heykəltaraşlıq işləri
vardır. Onun janr müxtəlifliyi ilə seçilən tablolarında ilk növbədə həyatımızın
rəngarəngliyi və
insanların təzadlı
psixoloji yaşantılarının
ifadəsi üstünlük
təşkil edir. “Toy”, “Kənd
qızları”, “Yaylaqda”,
“Rəfiqələr”, “Arx
kənarında” və
“Söhbət” kimi süjetli kompozisiyalarında
adət-ənənələrimizin
yaşadılması, torpaq
adamlarının gündəlik
qayğısı, fərqli
insan yaşantıları
yaddaqalan ifadə vasitələri ilə təqdim olunub.
Rəssamın müharibə
qəhrəmanı Cəmil
Əhmədovun, el sənətkarı Aşıq
Pərinin konkret, eləcə
də müəyyən
qədər bədii təxəyyülün məhsulu
olan “Payız ovqatı”, “Kənd ağsaqqalı” və “Çoban” portretlərində
müəllifin obrazlarına
müraciət etdiyi şəxslərin daxili dünyasına nüfuzetmə
bacarığı hiss
olunur. Odur ki, öz dövrünün
psixoloji yaşantılarına
bələnmiş bu portretlər təsirli baxılır.
Rafiq Quliyevin qoynunda boya-başa çatdığı Cəbrayıl
rayonunun Quycaq kəndini, eləcə də gəzib-dolaşmaqdan usanmadığı
Azərbaycanın təbiət
mənzərələrini əks
etdirən tablolarında
da ovqat ifadəsi güclüdür.
“Kəndimiz”, “Xəzərin sahilində”,
“Torpağın arzusu”,
“Sınıq körpü”
və “Xudafərin körpüsü” əsərlərində
real həyatın, həm də özünün içində
yaşatdığı gözəllik
duyğularının ifadəsi
qabarıq və duyulandır.
“Xudafərin körpüsü”
və “Sınıq körpü” əsərlərində
rəssamın çoxəsrlik
tariximizi yaşadan abidələrimizə münasibətinin
qayğı və narahatçılıq çalarları
ilə bələnməsinin
şahidi oluruq. Bu körpülər rəssam təfsirində bir vaxtlar birləşdirici
rol oynamış, bu gün isə
istifadəsiz qalan əhəmiyyətli ünsiyyət
və təmas vasitələrinin bərpasının
vacibdiyinə çağırış
kimi qəbul olunur. Rəssam mühəndis-memar təxəyyülünün məhsulu
olan bu abidələrə
həm də bədiilik çalarları
qatmaqla öz istəyinin ifadəsinə
nail olub.
Natürmort janrına təsviri
sənətdə zaman-zaman
flamand, holland və fransızsayağı
münasibət olsa da, Azərbaycan rəssamları, o cümlədən Rafiq Quliyev də maddi aləmi özünəməxsus baxış
süzgəcindən keçirməyə
çalışıb və
uğurlu nəticələr
əldə edib.
Rəssamın payız güllərini
meyvələrlə üz-üzə qoyması, şirə dolu qabı əhatələyən
almalı-üzümlü
süfrəni günəşli
havaya “çıxarması”,
çətirə dönmüş
bahar çiçəkləri
altında istiliyini hələ də saxlamağa çalışan
bəyaz dəm çaydanını yalqızlıqdan
“qurtarmaq” istəyi, yarımçıq
qədəhin tənhalığını
çeşidli meyvələrlə
unutdurmaq niyyətinin ifadəsi gözoxşayan
və duyğulandırıcıdır.
Hələ sovet dönəmində
həmkəndlisi, Sovet
İttifaqı Qəhrəmanı
Cəmil Əhmdova öz kəndlərində
abidə qoymaq istəyi ilə heykəltaraşlıq sənətinə
gələn və bu arzusunu reallaşdıran
Rafiq Quliyev, sonrakı illərdə sənət dostu Nəriman Tağıyevlə
birlikdə mərmərə,
qranitə və tunca hopmuş
neçə-neçə
əsər yaratmağa
nail olmuşdur. Bu əsərlər arasında
ümummilli liderimiz Heydər Əliyevə (Tovuz rayonu), Qarabağ uğrunda döyüşlərlə qəhrəmanlıqla
döyüşərək şəhid olmuş kiçik qardaşı Fərhada, eləcə də neçə-neçə şəhidə
və Milli Qəhrəmana həsr olunmuş heykəllər vardır.
Rafiq Quliyev həm də Bakıda Dəmiryolu İdarəsi və Texniki Universitet binalarının tacı rolunu oynayan dövlət atributlarının
müstəqilliyimizə uyğun
şəkildə və
məzmunda yeniləşdirilməsinin
təşəbbüskarı və icraçısı
olmuşdur. Onun heykəltaraşlıq duyumunu şəhərimizi
bəzəyən hovuzların
bədii tərtibatında,
xatirə medallarının,
döş nişanlarının
hazırlanmasında da
görmək mümkündür.
Ölkəmizdə son
vaxtlar yaradılan Heydər Əliyev xatirə muzeylərinin bir çoxunun zövq oxşayan tərtibatı da onun təxəyyülünün
məhsuludur.
Rafiq Quliyevin yaraldıcılığı ölkəitzdə
olduğu kimi, onun hüdudlarından xeyli uzaqlarda da sənət xiridarlarına yaxşı
tanışdır. Bu
gün ABŞ, Türkiyə,
İran, İtaliya, Almaniya, Rusiya, Estoniya, Avstriya və digər ölkələrin nüfuzlu
kolleksiyalarını onun
rəngkarlıq və
qrafika əsərlərinin
bəzəməsi bunun
təsdiqidir. Həmin
əsərlər rəssamla
birlikdə onun vətəni Azərbaycanı
da tərənnüm və təbliğ edir. Özü isə, nə qədər təəssüfləndirici
olsa da, yurd həsrəti ilə yaşayır. Bir gözü nəmli-qəmli, bir gözü sevincli olan rəssam əli etüd çantalı möcüzəli
Qarabağı, doğmu
Quycağın küçələrini
dolaşmağı, gözəllik
qaynağı Ziyarət
dağına yenidən
göz qoyub ilhamlanmağı arzulayır.
İnanmaq istərdik ki, o gün
çox da uzaqda deyil...
Xalq qəzeti.-2006.-9dekabr.-S.6.