Kiçik yaşlı rəssamların sərgisi

 

Dünən Vəcihə Səmədova adına sərgi salonunda 7-15 yaşlı uşaqların rəsmləri sərgiləndi. Sərgini giris sozü ilə açan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov salonda rəsmləri sərgilənmis uşaqlara yeni-yeni rəsmlər çəkməyi bu işdə öz bacarıqlarını itiləməyi tövsiyə etdi. Sonra isə qırmızı lenti kəsməmişdən öncə F.Xəlilov qalibləri diplomlarla təltif etdi. Sərgi­də əldə etdikləri qalibiyyətlərə sevinənlər oldu, salonu qəmli halda tərk edənlər . Sevinənlərdən Məryəm Hüseynova, Anar Ağayev, Arzu Məmmədova, Kənan Ağayev, Fidan Hüseynzadaə, Fidan Allahyarova, Həmidağa Əliyev, Nəzrin Məmmədova, Aycan Gülməmmədova, Təhminə Əlizadə, Səriyyə Mütəllibova, Firuzə Minəsərova, Günel Süleymanova, Kəmalə Əfəndiyeva, Ləman Kərimova, Tamilla İsmayılova, Nicat Əhmədov, Bəhram Yaradanquliyev, Gültəkin Mirzəyeva Əziz Əskərov da qaliblərin sırasında idilər. Bu sərgidə Konservatoriyanın tərkibindəki Respublika İncəsənət Gimnaziyasının 9 balaca rəssamı da öz əsərlərini sərgiləyiblər. Gimnaziyanın müəllimi İlham Əkbərov qeyd etdi ki, onun yetirmələri sərgidə akvarel üsulu ilə olan rəsmlərini nümayiş etdiriblər. Bunlardan Kəmalə Əfəndiyeva, Mahirə Səmədova, Mətin Mirzəyev, Şahin Qurbanov, Ayan va Aytən Kərimova bacıları, Gültəkin Mirzə­yeva bir neçəsi burada istirak edirdi. Sərgidə tamaşaçıların qarşısına çıxarılmış əsərlərin arasında bir neçəsi öz məzmun məntiqi dəyəri ilə diqqəti cəlb edirdi. Sərgilənən rəsmlər arasında, iştirakçıların yapon hind mədəniyyətini əks etdirən əsərlər var idi. Bunların sırasında 9 yaşlı Bəhram Yaradanquliyevin təsvir etdiyi "Ya­pon həyat tərzi" adlı rəsm diqqəti cəlb edirdi. 12 yaşlı Günay Bəylərovanın "Günəşin bacısı" rəsmində onun balaca ürəyindən keçən arzuların hərarəti hiss olunurdu. Bu rəsmdə müəllif balaca barmaqlarında tutduğu öz firçası ilə Azərbaycanın dünənindən bu gününə kimi bütün dövrünü təsvir edib. Bütün bunlarla yanası, əsərdə milli ruh, türkçülük onun tarixi keçmisini əks etdirən elementlər öz təsvirini tapıb.

Bu əsərlərlə birlikdə eyni salonda 13 yaslı Tural Həsənovun 12 yaslı Arzu Məmmədovanın da kağız üzərində akvarella qrafika üslubunda çəkilmis əsərləri sərgilənib. 13 yaşlı Əziz Əskərovun müəllifi olduğu "İçəri Şəhər"ə tamasa edən hər bir seyrcini qiyabi da olsa oranı gəzməyə, qarış-qarış, addım-addım bütün dar dalanları yada salmağa dəvət edir. 9 yaşlı Nigar Musayevanın "Şuşa"sı akvarella çəkilib, bu əsər kiçik rəssamın bəlkə öz gozü ilə görmədiyi, ancaq təsəvvürlərinda canlandırdığı Şuşaya aiddir. Rəsmə baxdıqca fikirlərim məni yavas-yavaş cəbhənin o tayına, düşmən tapdağı altında olan torpaqlara aparırdı. Rəsmdə əks etdirilən Azərbaycan əsgəri torpaqların bir daha girov olmayacagını düşmənə göstərmək əzmində olduğunu bütün əzəməti ilə göstərir. Nigar bu rəsm­də ozünün torpaqlarımızı azad etmək arzusunu bir firçanın məhsuluna çevirib.

Sonda bizə, kiçik rəssamlara yalnız uğurlar torpaqlarımızı azad görməyi arzulamaq qalır.

 

Xalq cəbhəsi.- 2006.- 15 dekabr.- S.13.