Moskvada
Mikayıl Abdullayevin fərdi sərgisi açılıb
Moskvada, Rusiya
Rassamlıq Akademiyasında görkəmli Azərbaycan
rəssamı və qrafiki Mikayıl Abdullayevin fərdi
sərgisi açılmışdir. Onun 85 illiyinə həsr
olunan ekspozisiyanı Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyi və Rusiya Rassamlıq Akademiyası
ölkəmizin Moskvadakı səfirliyinin və Ümumrusiya
Azərbaycan Konqresinin kömək və dəstəyi ilə
təşkil etmişlər.
Rusiya
Rəssamlıq Akademiyasının prezidenti, məşhur
heykəltaraş Zurab Sereteli açılış
mərasimində çıxış edərək,
yaradıcılığı bu gün də aktual olan
görkəmli Azərbaycan rəssamının Rusiya
paytaxtında fərdi sərgisinin təşkilindən
məmnunluğunu söylədi.
Səfir Polad
BüIbüloğlu həyatı Rusiya ilə sıx
bağlı olmuş Mikayıl Abdullayevin əsərlərinin
yenidən Moskvada numayişinə görə Rusiya
Rəssamlıq Akademiyasına, Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinə
təşəkkürünü bildirdi. O dedi: "M.Abdullayev
görkəmli rəssamlar Səttar Bəhlulzadə, Toğrul
Nərimanbəyov, Tahir Salahovla birlikdə Azərbaycan
rəngkarlıq məktəbinin əsasını qoymuş
sənətçilərdən biridir. Onun adı həmişə
əsil klassik sənət rəmzi olmuşdur. Bununla yanaşı,
onun yaradıcılığı son dərəcə milliliyi,
əsil Azarbaycan ruhu ila seçilir. Rusiyada onu məhz buna
görə sevirdilər".
Rəssamın aila üzvü S.Abdullayeva, Mədəniyyət və Turizm
Nazirliyinin nümayəndəsi L.Axundzadə, şərq
Xalqları Muzeyinin prezidenti T.Taksa, dostları və
sənət yoldaşları M.Abdullayevin xoşbəxt və
çoxşaxəli yaradıcılıq taleyindən
danışdılar. Bildirildi ki, SSRi xalq rəssamı, SSRi
Rəssamlıq Akademiyasının müxbir üzvü, bir
sıra yüksək dövlət
mükafatları ilə təltif
olunan M.Abdullayev V.l.Surikov adına Moskva Rassamlıq institutunu
bitirmişdir. Onun əsərləri Azərbaycan
Incəsənət Muzeyində, habelə Moskvada Tretyakov
qalereyasında, şərq Xalqları Muzeyinda və MDB, ölkələrinin
muzeylərinda numayiş etdirilir. M.Abdullayev Azərbaycan
rəngkarlıq tarixinə istedadlı kolorist, öz
yaradıcılığında klassik təsviri sənət
məktəbinin ənənələrini və dekoratizmin
zəngin ənənəlarini ahəngdar şəkildə
uyğunlaşdıran rəssam kimi daxil olmuşdur. O,
"Kitabi Dədə Qorqud" dastanına, Füzulinin
"Leyli və Məcnun" poemasına illustrasiyaları
və digər bənzərsiz əsərləri ilə də
məşhurdur.
Sərginin
açılış mərasiminin sonunda Zurab Sereteli Polad
Bülbüloğluya Rusiya Rəssamlıq Akademiyasının
"Layiqli" medalını təqdim etdi. Bu medal
incəsənət xadimlərinə mədəniyyət
və incəsənətin inkişafina böyük
töhfələrinə görə verilir.
İki sahil.- 2006.- 2 dekabr.- S.6.