Mükərrəmoğlu Mehdi
Səttar Bəhlulzadənin
xatirəsinə
Bu gün dahi rəssam Səttar Bəhlulzadəni
xatırlayarkən onun
adının əbədiləşdirildiyi
muzey və sərgi salonu ilkin olaraq yada
düşür. Muzey
barədə artıq
biz dəfələrlə
söhbət açmışıq.
Sərgi salonu isə Azərbaycan rəssamlıq sənətinin
əsl məbədgahına
çevrilib.
Bu günlərdə salona gələnlər burada Azərbaycanımızın
rəssamlıq dünyası
ilə qarşılaşırlar
. Çünki burada Rəssamlar İttifaqının
65 illiyinə həsr olunmuş yubiley sərgisi açılmışdır.
Müxtəlif nəsil rəssamlarımızın
ən gözəl əsərlərindən ibarət
olan bu sərgidə
böyük sənət
fədaisi Səttar Bəhlulzadənin əsərləri
xüsusi yer tutur.
Öz üslubu, yaradıcılıq manerası
ilə seçilən
Səttar Bəhlulzadənin
əsərlərində dünyamızın
müxtəlif rakurslardan
işlənmiş reallıqları
var. Bu əsərlər
indi dünyanın məşhur muzeylərinin
ən qiymətli eksponatları arasında layiqli yer tutur.
Səttar Bəhlulzadəni
xatırlayarkən ilk
növbədə Azərbaycanın
özünəməxsus gözəllikləri
gözlərimiz qarşısında
canlanır. Bu əsərlərə tamaşa
edən hər kəs onun müəllifinin
istedadına heyran qalır. O, hansı mövzuda əsər yaradırdısa, onu özününküləşdirməyi bacarırdı. Elə bil bu qəribə
insanın fırçasında
möcüzə var idi. Hər dəfə
Azərbaycana səyahətə
çıxanda onlarla
qiymətli əsərlər
yaranırdı. Astara,
Lənkəran, Xaçmaz,
Göygöl, Abşeron,
Xınalıq və s. yerlərin rəssam fırçasından
çıxmış gözəllikləri
elə təbiətin
özü kimi gözəl və əvəzolunmazdır. Səttar
Bəhlulzadə dünya
miqyaslı sənətkar
idi. O, yüksək təhsil almış və sənətin sirlərini mükəmməl
bilirdi. Onun istedadının həddi-hüdudu yox idi.
Onun öz dünyası var idi. Bu dünya rənglərin
sehrli gözəlliyindən
yaranmışdı. O hər
şeyi özünün
gördüyü və
dərk etdiyi kimi çəkirdi və bu rənglərin
qarışığından elə qiymətli əsərlər yaranırdı
ki, onlara heyran qalmamaq mümkün olmurdu.
Səttar Bəhlulzadəni
xatırlayarkən Abşeronun
sərt təbiəti
gözlərimiz qarşısında
canlanır. O, bu torpaqda doğulmuşdu və deyirdi ki, bu torpağın
hər daşı, hər qayası mənə doğma və əzizdir. Ona görə də Abşeron lövhələri, Xəzərin
mavi sularının gözəlliyi onun əsərlərinin ana xəttini təşkil edir. “Abşeron peyzajı”, “Abşeronda axşam”, “Novxanı bağlarında”, “Bilgəh”,
“Abşeronun tacı”,
“Abşeron ritmləri”
və onlarca bu mövzudan olan əsərləri Səttarın rənglər
dünyasının çox
uğurlu işlərindəndir.
Səttar Bəhlulzadə
Azərbaycanın əvəzsiz
rəssamlarından idi.
Bu böyük sənətkar
haqqında kitablar, tədqiqat əsərləri,
monoqrafiyalar yazılmış,
onun irsi bu gün də
sənətşünas alimlərimiz
tərəfindən öyrənilməkdə
və təbliğ edilməkdədir Rəssamlar
İttifaqının 65 illik
yubileyinin keçirildiyi
günlərdə Səttar
sənətinin ucalığı, bəşəriliyi
bir daha diqqəti çəkir.
Xalq qəzeti.-2006.-17 dekabr.-S.6.