Nəsimi
"Ən böyük arzum məşhur rəssam olmaqdır"
Vasif Səftərov əsərləri ilə dünyanı düşündürmək istəyir
Ən böyük arzum
məşhur rəssam olub Azərbaycanın adını beynəlxalq rəsm sərgilərində
yüksəltməkdir". Bu, Əzim Əzimzadə
adına Rəssamlıq Kollecinin 4-cü kursunda
oxuyan Vasif Səftarovun arzusudur.
O, 1988-ci ildə
Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Yaradıcılığa 3-cü sinifdə oxuyarkən dəftərlərin,
kitablarının üzərindəki
rəsmləri kağıza
köçürməklə
başlayan Vasif elə Azərbaycanı dünya sərgilərində
yüksək yerlərə
qaldırmaq amalı ilə də yolunu davam etdirib.
Bu arzu onu Adil İsgəndarov adına Mədəniyyət
Mərkəzinin rəssamlıq
bölməsinə gətirib.
Bu bölmədə keçilən
kursu uğurla başa vuran gənc rəssam daha sonra 2003-cü ildə Əzim Əzimzadə adına
Rəssamlıq Kollecinə
daxil olub. Hazırda o, kollecin 4-cü kursunda tahsil alır.
Yaradıcılığa başladığından bu
vaxta qədər Vasif bir çox
rəsm yarışlarında
uğurla çıxış
edib. Gənc rəssam ilk dəfə
gücünü 2000-ci ildə
Sabunçu rayonunda uşaqlar arasında keçirilən rəssamlıq
sərgisində sınayıb.
Bu yarışmada o, müsabiqənin birinci mükafatını qazanıb.
2002-ci ildə vətənpərvərliyə həsr olunmuş müsabiqədə "Ana və
oğul" kompozisiyası
ilə iştirak edən gənc rəssam bütün rəqiblərini üstələyərək
müsabiqənin birinci
yerinə layiq görülüb. Daha sonra
rəssam narkomaniyaya qarşı mubarizəyə
həsr olunmuş sərgidə ilk on mükafatçı
sırasında özünə
yer alıb. 2004-cü ildə Sabunçu rayonunda məktəblilər arasında
keçirilən rəsm
sərgisində 2-ci yeri
qazanan gənc rassamın ölkə daxilindəki uğurları
qeyd etdiklərimizlə
məhdudlaşmır. O, hələ adını çəkmədiyimiz bir
çox müsabiqələrdə
də qaliblər sırasında olub.
Vasif bir çox beynəlxalq yarışmalardan
da kənarda qalmayıb. Beynəlxalq müsabiqələrdə
gücünü ilk dəfə
2001-ci ildə Turkiyədə
təşkil olunan Ümumdünya Usaq Gününə həsr olunan rəsm yarışmasında sınayan
Vasifin də iştirakçısı olduğu
uç nəfərlik
komanda uğurlarını
yeniləyərək mükafatçılar
sırasında birinciliyi
qazanıb. Daha sonra onun "Dünya uşaqların gözü ilə" adlı kompozisiyası
YUNESKO xətti ilə
ABŞ-da keçirilən beynəlxalq
sərgiyə göndərilib. Burada da
Vasifin əl işi müsabiqəyə
təqdim olunmuş əsərlər içərisində
birinci yera layiq görülüb.
Vasif daha çox rəssamlığın portret,
kompozisiya və peyzaj janrlarına üstünlük
verir. O, əsərlərini
yağlı boya və qrafika üslubunda işləyir.
Hazırda o, Azərbaycanın yaralı yeri olan Qarabağ mövzusuna həsr olunmuş əsər üzərində çalışır.
Rəssam bu əsərdə yağı
düşmənin tarixi
torpaqlarımıza göz
dikməsini, günahsız
insanların göz
yaşlarını, dədə-baba
torpaqlarından didərgin
düşmüş qaçqın
və məcburi köçkünlərimizin torpaq
niskili ilə bağlı hisslərini kağız üzərinə
köçürmək istəyir.
Vasifin arzularından
biri də doğma Azərbaycanımızda
öz rasmlərindən
ibarət sərgi açmaqdı. O inanır
ki, yaxın vaxtlarda bu arzusunu
reallığa çevirəcək.
Şərq.- 2006.- 12
dekabr.- S.14