Zümrüd
Heydər Əliyevin
Azərbaycan rəssamlıq sənətində böyük
rolu olub
Fərhad
Xəlilov: "65
yaşlı quruma rəhbərlik etmək çox
böyük məsuliyyət tələb edir"
Azərbaycan
Rəssamlar ittifaqının yaranmasının 65 illiyi
münasibəti ilə ittifaqın sədri, xalq rəssamı
Fərhad Xəlilov mətbuat konfransı keçirib.
Tədbirdə
çıxış edən Fərhad Xəlilov
rəhbərlik etdiyi qurumun tarixi haqqında danışıb:
"Bu yubiley mərasimi Azərbaycan rəssamları
üçün olduqca önəmli hadisa hesab olunur. Çünki
məhz bu quruma Azəbaycanın 1300-dən artıq rəssamı
üzvdür. Yubileylə əlaqədar olaraq Azərbaycan
rəssamlıq sənətində olduqca böyük rolu
olmuş mərhum dövlət başçımız
Heydər Əliyevin qəbirüstü abidəsini ziyarət
etdik. 65 yaşına qədəm qoyan bir quruma
rəhbərlik etmək çox böyük məsuliyyət
tələb edir". F. Xəlilov bildirib ki, yubileylə
əlaqədar bir sıra rəssamlara fəxri adlar
veriləcək və ittifaqın təsis etdiyi qızıl
medallar paylanacaq: Bu yubileya dövlət səviyyəsində
çox güclü hazırlaşmışıq. Artıq
silsilə tədbirlərə start verdik və dekabrın
sonuna kimi nəzərdə tutduğumuz layihələri
gərçəkləşdirəcəyik. Yubileyimizlə
bağlı dekabrın 14-də "Uşaq
yaradıcılığı", "Gənc
rəssamların yaradıcılığı", dekabrın
15-də "Retro" sərgiləri açılacaq".
İttifaq
sədri bildirib ki, dekabrın 18-də yubiley
tədbirlərinin davamı olaraq Sultan Məhəmməd
adına xüsusi mükafata namizədlərin
əsərlərindən ibarət sərginin təşkili
və medal və mükafatların təqdimatı
keçiriləcək. Yubileylə əlaqədar Azərbaycana
gələn Parisdə yaşayan həmyerlimiz Toğrul Nərimanbəyov
mətbuat konfransında çıxışı zamanı
ölkəmizdə rəssamlıq sənətinin
inkişafından danışıb. Onun sözlərinə
görə, bu gün Azərbaycan torpağı
yaradıcılıqla məşğul olmaq üçün
ən gözəl məkandır. Tədbirdə 65 illik yubileyə
həsr olunmuş "Müasir Azərbaycanın təsviri sənət
ustaları" adlı kataloq da təqdim olunub.
Səs.-
2006.- 14 dekabr.- S.12.