Uşaq
yaradıcılığı səgisi acılmışdır
Dekabrın 14-də Rəssamlar İttifaqının yaradılmasının 65 illik yubiley tədbirləri çərçivəsində Vəcihə Səmədova adına sərgi salonunda
Bakı məktəblilərinin əl işlərindən ibarət "Uşaq yaradıcılığı"
adlı sərgi açılmışdır.
Rəssamlar İttifaqının təşkilatçılığı
ilə keçirilən sərgidə 110 uşağın 150 işi nümayiş etdirilir.
İttifaqın sədri, xalq rəssamı Fərhad Xəlilov əlamətdar gün münasibətilə uşaqları təbrik etmiş və bildirmişdir ki, bu gün rəsmləri sərgilənən uşaqlar gələcəkdə müxtəlif sərgi və müsabiqələrdə Azərbaycan təsviri sənətini təmsil edərək rəssamlıq ənənələrimizi layiqincə qoruyacaqlar.
Heykəltəraş Arif Qaziyev, Mədəniyyət və Turizm Nazirliyinin
məsul əməkdaşı Azadə Hüseynova və başqaları gələcəyin rəssamlarına yaradıcılıq uğurları arzulamışlar.
Respublika.- 2006.- 15 dekabr.- S.3.