Azərbaycan rənglərin diliylə...

 

Ötən saylarımızdan birində Azərbaycan rəngkarlığı üstə düşüncələrimizi oxucularımızla bölüsmüşdük. Bu yazımızda isə Azərbaycan Rəssamlar İttifaqının bu yaxınlarda isıq üzü görmüş kataloqu əsasında "Qrafika" bölümündə olan əsərlərin bir qismini təhlil edəcəyik. Rassam Kirman Abdinovun "Plakaf'inda (qarisiq texnika) Azarbaycanın xəritəsi milli bayrağın timsalında aylı-ulduzlu təsvir edilib. Ölkəmizin xəritəsi "cətirin altındadır". Müəllif bu qənaətə gəlir ki, "Azərbaycanın xılası sağlam qüvvələrin birliyindədir". Amma bir cəhəti burdaca qeyd etmək olduqca zəruridir. Bu gün İranın ölkəmizə qarşı təhdidlərinin artırdığı, hətda bu ölkədə Azərbəycan Respublikasnın ərazi bütövlüyünə, müstəqilliyinə qarşı yönəlik "§imali Iran" adlı dərginin fırıldağı bir za-manda bu cür plakatlarda Bütöv Azərbaycanın xəritəsinin ifadə olunması zəruridir. Ona görə ki, mahiyyət etibarıilə iki Azərbaycan yoxdur. Azərbaycan birdir. Azərbaycanın böyük xilası o zaman olacaq ki, o, Birliyinə yetəcək. Mir Azər Abdullayevin "Plakafida qara fonda Azix mağarasından tapılmış "Azıxantrop" adlanan ibtidai insanın pana sümü-yinin fraqmenti verilib. Lakin onun qarşısında tikanlı məftillər var. Bir az baxanda “Azix: Məni azad edin!” sözləri, şəklin aşağısında isa “Yer üzərinda bəşəriyyətin ən nadir insan beşiyi olan Azıx mağarası hazırda erməni işğalı altında” yaşayıb. Vafa Allahyarovanın “Don Kixot” (kağız, qara qələm) əsrində Servantesin məşhur əsərindən təsirlənmə hiss olunur. Uzaq fonda atın üstündə ispansayağı obraz  Don Kixot orta əsr cəngavərləri sayagi şəstlə üzü Qərbə doğru durub. Onun qarşısında möhtəşəm bir qəsr var. Don Kixotun arxasında günəş obrazı, ətrafında isə qarışıq əhvallı, qaramtıl buludlar var. Ön planda "eşşəyi bağrına basan" kişi obrazı diqqəti cəlb edir.

Mətanət Aslanovanın "Həsrətin rəngi"ndə bədii poetik çalarlar güclüdür. Ağac həm də şamdır. Rəssam insan kədərini həyatın aramsız burulğanları fonunda ifadə edib. Etibar Aslanovun "Şirvanşahlar Sarayı" kompüter qrafikasının məhsuludur. Şirvanşahlar Sarayının forması tamaşaçıda açıq-aydın təəssürat yaratsa da, hər halda əsərin əldə işlənmədiyini sezmək olur.

Arif Ələsgərovun "20 Yanvar" (monotipiya) əsərində ağımtıl, bozumtul va qara obrazlar təzadlı, hamsının vəhdət şəklindədir. Əsərdə müxtəlif, anlaşılmaz "obrazlar" var.

Məlum ideya, xalqı faciə mövzusu daha çox qeyri-müəyyənliyilə tamaşaçıda aydın təəssürat yaratmır.

Vüqar Əliyevin plakatında Şuşada gülləbaran edilmiş Bülbülün, Natəvanın və Üzeyir Hacıbəylinin büstləri "Biri var idi, biri yox ... İndi..." – ilə xatırlanır. Arxa planda Şuşanın adı həkk olunmuş qala divarları sarımtıl fonda təsvir olunub.

Şamil Həsənovun "Bəstəkar Xəyyam Mirzəzadə" (kagız, qara qələm) adlı əsərində X.Mirzəzadənin piano yanında təsviri, bəstəkarın dərin xəyallara dalması təsvir edilib. Əsərdə cizgi aydınlığı xüsusi sezilir. Bayram Qasımxanlının "Dahi Məhəmmədlər" silsiləsindən XVI əsr Azərbaycan rəssamı Sultan Məhəmmədin rəsmi məşhur miniatür ustasının təsvirini bizə çatdırır. Sara Manafova "Kainat silsiləsi"ndən "Gecədə işıq" (kagız, pastel) əsərində qədim Misir obrazından təsirlənib. Tahir Məcidovun "Aşıq Alı" (kağız, sulu boya) əsərində orta əsr miniatürləri sayaği zəngin obrazlar silsiləsi diqqəti cəlb edir. Asıq Alı təsvirlərin tam mərkəzindədir. Həsrətli, xəyallı, vəcdli aşığın bir əlində saz var, digər əli arxasındakı uca sıldırım dağlara uzanıqlı vəziyyətdədir. Arxa planda sağda agacla birgə boy atan, ağaca sarmaşmış uşaq obrazları diqqəti cəlb edir. Əsərdə müxtəlif xarakterli, türk geyimli obrazlar da var. Yaşlı türk kişisi qadını ilə oturub uzaqlara baxır. Bu tərəfdə isə həyat gənclik sevgisilə qaynayır. Sanki eyni bicimli, ağ örpəkli qızlar təbiətlə birgə boy atırlar. Aşıq Alının ətrafında pərvazlanan ağaclar gül açıb. Rövşən Məmmədovun "Nar simfoniyası" (kağız, sulu boya) müxtəlif rənglərin, başlıcası isə təbiətlə insanın birgəliyi harmoniyasından soraq verir. Əsərin mərkəzində nar ağacının meyvələri fonunda şam yanır. Nar meyvəsindən biri torpağa kök atıb. Digəri isə dənələnib şamın işığına doğru uçur. Şamın isığı ilğım yaradır. Alovun sarımtıl odu narın qan rənginə qarışıb. Bu odun haləsində pərvanə alışıb yanır. Rəsmin sağında iki, solunda da iki gözəl təsvir olunub. Odda yanan pərvanə uçan mələktək yuxarıya doğru boy atır.

Cəmil Müfidzadənin "Bakı" (qarışıq texnika) əsərində qədim dövr Bakısı canlanır. Ön planda 6 qoşa hürgüclü dəvə təsvir olunub. Rəsm orta əsrlar Bakısı haqqında bizdə ilğımvari təəssürat yaradır. Elman Mirzəyevin "Ağ göyərçin" (qarışıq texnika) adlı miniatürü mükəmməl alınıb. Rənglərin ahəngi, obrazların biçimi, düzümü, təbiətlə insanın vəhdəti harmoniyalıdır. Miniatürdə təsvir edilən şah məclisi musiqili əhvaldadır. Əlisəttar Səlimovun "Dəhnə kəndi" (Quba), (kağız, sulu boya) əsəri Azərbaycan təbiətinin bir parçası haqqında bitkin təəssürat yaradır. Evlər düz dağların içindədir. Fikirləşirsən ki, görəsən, bu təbiət insansız nəyə gərək imiş.

Azərbaycan rəssamlarının yaradıcılıq axtarışları davam edir. Bu, yaxşı haldır. Arzu edirik ki, rəssamlarımız xüsusən milli ruhla bağlı mövzularda fikirlərini aydın, mənalı, ciddi, düşündürücü çatdırmağa calışınlar. Əgər adi gözlə baxanda dünyada, həyatda, təbiətdə, insanda bu qədər gözəlliklər tapa biliriksə, görün yaradıcı gözündə bunlar necə artıq gözəl görünə bilər? Mahiyyətcə gözəl olan dünyanın, həyatın, təbiətin və insanın dərdlərindən, əzablarından isə nifrətlə yox, yana-yana danışmaq lazımdır. Əslində sənətkar da dünyanın dərdlərini yazır: yazıçı qələmi, rəssam fırçası ilə. Amma bu dərdləri eybəcər yazmaq olmaz. Çünki dünyanın mənası eybəcər deyil...

 

Xalq cəbhəsi.- 2006.- 22 dekabr.- S. 15.