Fransa Mədəniyyət Mərkəzində "Axtaran
baxışlar" adlı
fotosərgi açılıb
Fransanın Azərbaycandakı səfirliyi
və Bakıdakı Fransa Mədəniyyət Mərkəzi azərbaycanlı
fotoqraf Rəna Əfəndinin "Axtaran
baxışlar" adlı
fotosərgisini təşkil
edib. Sərgi Fransa Mədəniyyət
Mərkəzində açılıb.
Fransanın Azərbaycandakı
səfirliyinin mətbuat
xidmətindən APA-ya
verilən maəlumata
görə, gələn
il yanvarın
18-dək davam edəcək
sərgidə R.Əfəndinin
Qafqazda gedən iqtisadi, sosial və mədəni dəyişikliklərə həsr
olunmuş fotoları nümayiş etdiriləcək.
Fotoqrafın əsərlərində, munaqişələrin qurbanı
olan, məhru-miyyətlərə
məruz qalan insanların ağır həyatı ön planda dayanır. Qeyd edək ki, 29 yaşlı fotoqraf bu sənət
üzrə San-Fransiskoda
"5 croix" beynəlxalq
fondunun mükafatını
alıb, Azərbaycanda
"ilin foto ustası" adına,
2006-cı ildə "Getti
və Ciakomelli" mükafatına layiq görülüb. R.Əfəndinin əsərləri müxtəlif
illərdə Fransada keçirilən festivallarda
uğurla nümayiş
etdirilib.
525-ci qəzet.- 2006.- 8 dekabr.- S.7.