Rəna Əfəndinin "Axtaran baxışlar"ı

Sərgi Qafqazda gedən iqtisadi, sosial mədəni dəyişikliklərə həsr olunub

 

 

Fransanın Azərbaycandakı səfirliyi və Bakı Fransa Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bu gün Fransa Mədəniyyət Mərkəzində azərbaycanlı fotoqraf Rəna Əfəndinin "Axtaran baxışlar" adlı foto-sərgisi açılıb.

Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, gələn il yanvarın 18-dək davam edəcək sərgidə Rəna Əfəndinin Qafqazda gedən iqtisadi, sosialvə mədəni dəyişikliklərə həsr olunmuş fotoları nümayiş etdiriləcək. Fotoqraf əsərlərində əsasən məhrumiyyətlərə məruz qalanlara, münaqişələrin qurbanı olan qaçqınlara, özündə sovetlərin izlərini aydın biruzə verənlərə geniş yer ayırıb.

Tədbirdə çıxış edən Mədəniyyət Turizm Nazirliyinin təsviri dekorativ sənət sektorunun müdiri Leyla Axundzadə bildirdi ki, özünəməxsus dünyagörüşü, fərdi üslubu olan Rəna Əfəndinin sərgiləri ABŞ, Fransa, Norveç digər ölkələrdə təşkil olunub: "Sənətkar çəkdiyi fotolarda insanlara hərəkət, həyat, ümid ləyaqət verməyə çalışmalıdır. Biz bunu Rəna Əfəndinin fotolarında tapa bildik".

Qeyd edək ki, 1977-ci ildə anadan olmuş R.Əfəndi sənədli fotoqrafiya üzrə "5 Croix" beynəlxalq fondunun mükafatını alıb (San Fransisko, ABŞ), Azərbaycanda "İlin foto ustası" adına layiq görülüb. 2006- ildə isə "Getti and Ciakomelli" mükafatlarını alıb. Fransada keçirilən müxtəlif festivallarda, o cümlədən 2006- ildə Perpinyanda keçirilmiş "Visa rour L'image" 18-ci foto-yurnalistika festivalında, habelə Bordoda keçirilmiş "Les imagiques" foto-festivalında onun əsərləri nümayiş etdirilib.

 

Kaspi.-2006.-9-11 dekabr.-S.8.