Dövlət Statistika Komitəsinin binasında ümumilli lider Heydər Əliyevin büstü açılmışdır

 

Dekabrın 11-də Dövlət Statistika Komitəsinin (DSK) yeni təmirdən çıxmış binasının birinci mərtəbəsində ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı qurucusu, ölkəmizin tarixində xalqımızın yaddaşında əbədi yaşayacaq Heydər Əliyevin büstünün açılışı olmuşdur.

Büstün açılışını bildirən lent kəsilmiş, üzərindəki örtük götürüldükdən sonra abidə onünə gül dəstələri qoyulmuşdur.

DSK-nın sədri Arif Vəliyev ulu öndərin hakimiyyətdə olduğu dövrlərdə ölkə həyatının bütün sahələri ilə yanaşı, dövlət statistikasına da xüsusi diqqət göstərdiyini konkret faktlarla əsaslandırmışdır. O vurğulamışdır ki, abidı statistika işçilərinin görkəmli dövlət xadimi Heydər Əliyevin ölməz xatirəsinə ehtiram əlaməti olaraq ucaldılmışdır.

Milli Məclisin komissiya sədrləri - akademikləri Ziyad Səmədzadə, Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov ulu öndərin ölkəmizin iqtisadiyyatının sosial həyatının güzgüsü kimi həmişə statistikada dəqiqliyə operativliyə xüsusi önəm verdiyini bu sahədə çalışanların əməyini yüksək qiymətləndirdiyini xatırlatmışlar.

Dünya söhrətli siyasi xadim Heydər Əliyevin doğma Vətəni xalqı qarşısında əvəzsiz xidmətlərindən danışan natiqlər ulu ön­dərin çox boyük uzaqgöranliklə müəyyən etdiyi siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini diqqətə çatdırmışlar. Əminliklə bildirilmişdir ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt xalqımızı xöşbəxt gələcəyə qovuşduracaqdir.

 

Respublika.- 2006.- 12 dekabr.- S.9.