Hüseynov Tofiq

 

Sabirabadda ümummilli liderin büstü ucaldılıb

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi respublikamızın hər yerində olduğu kimi, Sabira­badda da iftixar qurur hissi ilə xatırlayırlar. Ulu öndər 14 dəfə Sabirabadda olmuş, bu bölgədə yaşayan zəhmətsevər insanların həyat məişət şəraitini yaxşılaşdırmaq üçün əsl atalıq qayğısı göstərmişdir. Sabirabadlılar rəhbərin qayğısını unutmurlar. Rayonda onlarca küçə meydança, mədəniyyət sarayı, körpü, məktəb va s. ulu öndərin adını daşıyır. Bu günlərdə Sabirabad Rayon İcra Hakimiyyətində bütün mənalı həyatını Azərbaycanın inkişafına dünyadakı mövqeyinin möhkəmlənməsinə həsr etmiş böyük ön­dər Heydər Əliyevin büstünün açılış mərasimi olmuşdur. Rayon icra hakimiyyətinin başçısı Heydər Abbasov mərasimdəki nitqində milli birlik həmrəylik ideyaları ilə daim ön sırada dayanan ulu öndərimizin ibrətamiz həyat fəaliyyətindən danışmışdır. Heyəkaltaraş Ömər Eldarovun müəllifliyi ilə qranitdən hazırlanmış büstün üzərindən örtük götürülmüşdür. Rayon ağsaqqallan, ziyalıları, gənclərin, dövlət ictimai təşkilatların nümayəndələri büstün önünə tər gül-çiçək dəstələri qoymuşlar.

 

Respublika.- 2006.- 12 dekabr.- S.9.