Nazir fəxri adlara qarşıdır

 

Əbülfəs Qarayev: «Fəxri adların verilməsi tədricən aradan qalxmalıdır»

 

Mədəniyyət Turizm naziri APA-ya müsahibəsində bir çox sənət adamlarının ittihamlarına cavab verib.

«Bu gün kiməsə fəxri ad verilməyibsə, bundan faciə düzəltmək lazım deyil»

 -  Gələn ilin dövlət büdcəsindən  mədəniyyət sahəsinə ayrılan vəsaitin  miqdarı sizi qane edirmi?

- Siz istənilən dövlət orqanının başçısından büdcənin onu qane edib-etmədiyini  soruşsanız, yəqin ki, mənfi  cavab alacaqsınız. Cünki   həyata keçirməyi nəzərdə tutduğumuz layihələr çox böyük maliyyə vəsaiti tələb edir. Amma keçən illə müqayisədə bəzi sahələrə ayrılan   vəsaitin həcmi artıb ki, bu da bizə uğurlu  layihələrin  həyata keçirilməsinə imkan verəcək.

- Bu gün tanınan mədəniyyət xadimlərinin bir çoxları mədəniyyət sahəsinə ayrılan diqqətdən, o cümlədən  fəxri adların verilməsindən narazıdırlar. Nazir olaraq siz bu narazılıqları haqlı sayırsınızmı? Ümumiyyətlə, fəxri adlar verilməlidirmi?

- Mənim fikrimcə, müasir dünyada  fəxri  adların verilməsi  məsələsi  tədricən aradan qalxmalıdır. Biz fəxri adlara layiq görülmüş bütün insanlara  hörmətlə yanaşmalıyıq. Amma bu o demək deyil ki, fəxri adlara layiq görülməyən incəsənət xadimlərinə biganə yanaşılıb, onları ikinci dərəcəli adamlar  hesab   etməliyik. Bu tamamilə yalnış münasibət olardı. Hər bir incəsənət xadiminin mədəniyyətin inkişafına öz töhfəsi var, özünə   münasib  yeri   var. Fəxri adların verilməsi ilə bağlı qərar dövlət başçısına məxsus olur, onun qərarı barədə hansı mədəniyyət işçisinə ad verilməsi barədə sual olunmamalıdır. Bu gün kiməsə fəxri ad verilməyibsə, bundan faciə düzəltmək lazım deyil, Azərbaycan dövləti mənim üçun bütün mədəniyyət xadimləri eyni bərabər hüquqlara malik insanlardır.

    Fərhad    Bədəlbəyli, Arif Məlikov, Habil Əliyev mədəniyyət sahəsinə,    xüsusilə    peşəkar gənclər,   sinifonik   klassik musiqiyə ayrılan diqqətə narazılıqlarını   bildiriblər.   Onların fikri ilə razısınız?

-   Xeyr,  razı  deyiləm. Günah  onların  özlərindədir. Biz bütün ictimai təşkilatların maraqlı təkliflərini dəstəkləyirik, gənc yaradıcı insanlar üçün xüsusi mükafatları   təsis   etmişik. Gənclərin əsərlərini Dövlət   Simfonik   Orkestrində çaldırırıq, onları proqrama daxil edirik, yaradıcı gəncləri kəşf edirik. Biz bundan artiq etməliyik? İndiyə qədər olmayan bir etmişik, ancaq bu gün istedadlı gəncləri xarici ölkələrə təcrübəyə  göndəririk. Gənc   bəstəkarlar  əsərlər yazır, əgər əsərlər həqiqətən yaxşıdırsa, biz onları dövlət tərəfindən həm alırıq. Bu narazılığın konkret bir ifadəsi olmalıdır. Kimsə mənim ona salam verməməyimdən narazıdırsa, üzr istəyirəm.  Kimsə hansısa münsiflər heyətini quran ilə razılaşmırsa, onlara bildirməliyəm ki, bu, münsiflər   heyətindən özlərindən aslıdır. Ona görə mən heç kimdən üzr istəməli deyiləm. Kim istedadını nümayiş etdirməyə hazırdırsa, onun üçün bütün qapılar açıqdır.

-  Azərbaycanda xüsusi mədəniyyət    telekanalının açılması barədə təkliflər səslənir. Siz buna ehtiyac duyursunuz?

- Bu gün Azərbaycanda Rusiyada fəaliyyət göstərən kimi mədəniyyət kanalının olması o qədər vacib deyil, çünki bizdə o qədər material da yoxdur. Biz bütün   telekanalların   rəhbərlərinə Azərbaycan mədəniyyəti mənəviyyatın qorunması   naminə   saziş imzalamışıq. Bu sazişə uyğun olaraq bütün telekanallar bizimlə   əməkdaşlıq   edir, artıq ilkin layihələr efirə çıxır.

- Sizin fikrinizcə, mədəniyyət  telekanalının açılması Azərbaycanda vaxta reallaşa bilər?

-  İki-üç ilə. Ondan tez bu layihənin gerçəkləşməsi mümkün deyil.

-   Niyə? Mədəniyyət Turizm  Nazirlrliyinin vebsaytı yoxdur?

-   Mədəniyyət Turizm Naziriliyinin vebsaytı var, ancaq köhnədir. Biz indi yenidənqurma işləri aparırıq. Bizim turizmlə bağlı da ayrıca saytımız var. Biz bu saytların hamısını bir mərkəzdən idarə olunmuş qaydada yenidən qurulması ilə məşğuluq.

-  Bu il dekabrın 28-də xalq artisti Zeynəb Xanlarovanın 70 yaşı tamam olur. Onun 70 illik yubileyinin keçirilməsi gözlənilirmi?

-  Zeynəb Xanlarovanın yubileyi bayramlar ərəfəsinə düşdüyü üçün gələn il qeyd olunacaq. Biz onun özündən təşəbbüs gözləyirik. Zeynəb Xanlarova Azərbaycanın mədəniyyəti üçün çox dəyərli bir şəxsdir, ona şəxsiyyət kimi böyük hörmətim var.

-  Gələn il uçün mədəniyyət sahəsində hansı yeni qanunların qəbulu gözlənilir?

-  "Teatr haqqnda" qanunun qəbulu gözlənilir. Ondan sonra biz tədricən mədəniyyətlə bağlı digər qanunlarda labüd dəyişikliklər   haqqında   məsələ qaldıracağıq.  Çünki artıq 1998-99-cu illərdə qəbul olunmuş   qanunlarda   bu günkü gerçəkliklər arasında ziddiyyət     yaranıb. "Şou-biznes  haqqında" qanunun   da   qəbulu   yavaş-yavaş zərurətə çevrilir.

 

Azadlıq.- 2006.- 26 dekabr.- S. 12.