Maestro Niyazinin xatirə
lövhəsinin açılışı
olmuşdur
Dekabrın
25-də Bülbül prospektindəki 21 nömrəli binada
Azərbaycan musiqisinin korifeyi, dünya şöhrətli
dirijor maestro Niyazinin xatirə lövhəsi
açılmışdır. Mərasimə respublikanın
rəsmi şəxsləri, ictimaiyyətin
nümayəndələri, maestronun dostları və
yaradıcılığının
pərəstişkarları toplaşmışdılar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,
Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad
Bədəlbəyli, Bəstəkarlar İttifaqının
katibi, professor Ramiz Zöhrabov, xalq artisti Xuraman Qasımova, xalq
artisti, professor Sərvər Qəniyev Niyazi haqqında
Azərbaycan bəstəkarlarının əsərlərini
dünyada tanıdan böyük ustad, gənc istedadların
qayğısına qalan, onları sevən və havadarlıq
edən istedadlı pedaqoq kimi danışmış, onu
gözəl, ünsiyyətcil və qonaqpərvər insan kimi
xatırlamışlar.
Sonra müəllifi xalq rəssamı, professor Ömər
Eldarov olan xatirə lövhəsinin üstündən
örtük götürüldü.
Görkəmli musiqiçinin xatirəsinə
göstərilən hörmət və ehtirama görə
Prezident İlham Əliyevə, Bakı Şəhər
İcra Hakimiyyətinə, Mədəniyyət və Turizm
Nazirliyinə, mərasimə toplaşanlara minnətdarlıq
bildirilmişdir.
Azərbaycan.-2006.-26 dekabr.-S.7.