Zümrüd

 

Rəşid Behbudov XX əsrin musiqi tarixində özünəməxsus bir iz qoyub

 

Dahi sənətkarın yaşadığı evin qarşısında xatirə lövhəsinin açılış mərasimi keçirildi

 

SSRİ xalq artisti Rəşid Behbu­dovun 91 yaşının tamam olması münasibəti ilə dünən onun yaşadığı evin qarşısında xatirə lövhəsinin açılışı olub. Barelyef ümummilli lider Heydər Əliyevin xüsusi sərəncamı Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanıb.

Açılış mərasimində çıxış edən Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev bu günün hər bir Azərbaycan vətəndaşı üçün önəmli gün olduğunu vurğulayıb:  "Azərbaycan  musiqisini dünya zirvəsinə qaldıran dünyaya tanıtdıran bir insanın ad günüdür, Rəşid Behbudovun adi hər bir Azərbaycan vətəndaşına yaxın bir addır. Rəşid Behbudov XX əsrin musiqi tarixində özünəməxsus bir iz qoyub". Nazir bildirib ki, Rəşid Behbudovun an böyük xidmətlərindən biri hazırda onun adını daşıyan hər zaman onun yolunu davam etdirən Mahnı Teatrıdır: "Bu teatrın yaranmasında, formalaşmasında yeni nəsil istedadların püxtələşməsində onun xüsusi yeri var idi. Rəşid Behbudov haqqında danışdıqda kinematoqrafiya sahəsində yaratdığı obrazları yada salmalıyıq".

Xalq artisti, bəstəkar Arif Məlikov bir musiqiçi kimi Rəşid Behbudova daha yaxın olduğunu vurgulayıb. Bəstəkarın sözlərinə görə, Rəşid Behbudov yeganə sənətkardır ki, ifa etdiyi əsəri son nöqtəsinə kimi işləyirdi: "Mənim xasiyyətimlə onun xasiyyəti cox üst-üstə düşürdü buna görə bizim birgə işlərimiz çox olub. Mən fəxr edirəm ki, Rəşid mənim yazdıqlarını musiqiləri ifa edib əsərlərim bu gündə onun ifasında yaşayır. Rəşid Behbudov həqiqətən avaz olunmaz bir şəxsiyyətdir. Azərbaycan musiqisi yaşadıqca Rəşid Behbudov da yasayacaq". Xalq artisti Mübariz Tağıyev bildirib ki, dahi sənətkarın yasadığı evin qarşısında xatirə lövhəsinin vurulması cox böyük işdir: "Bu gün şəhərimizin gözəlliyinə bir gözəllik əlavə olundu. Çox maraqlıdır ki, Rəşidin mahnıları da həyatı kimi çox gözəl olub. Hərdən dahilər itirlər, ancaq Rəşid Behbudov vaxtın, zamanın dəyişilməsindən asılı olmayaraq itmir heç bir insanın qəlbindən silinmir". Açılış mərasimində sənətkarın həyat yoldaşı Ceyran Behbudova onun qızı Rəşidə Behbu­dova hər bir kəsə təşəkkür ediblər. Xatirə lövhəsinin müəllifi Ömər Eldarovdur.

 

Səs.- 2006.- 15 dekabr.- S.12.