Ağaqı Zərnişan

 

Həqiqət və vətən sevgisi ilə silahlanan qalib

 

Ənvər Seyidovun romanı əsasında çəkilmiş film ekranlara vəsiqə aldı

Bu günlərdə Az TV-nin tamaşaçılara təqdim etdiyi “Təlatüm” bədii televiziya filmi böyük marağa səbəb oldu. Son illər kriminal janrda çəkilən filmlərin sayı çoxalsa da, “Təlatümözünəməxsus xüsusiyyətləri ilə ilk baxışdan diqqəti cəlb edir. Film Ənvər Seyidovun ssenarisi əsasında ekranlaşdırılıb. Quruluşçu rejissor Məhərrəm Bədirzadə, musiqi tərtibatçısı isə Firudin Bağıroğludur.

Əvvəlcə onu qeyd edək ki, filmin motivləri müəllifin eyni adlı romanından götürülüb.
Roman, kino-ssenari daxil olmaqla Ənvər Seyidovun ilk qələm təcrübəsidir. Bununla belə əsərin dolğunluğu həyatiliyi ekran əsərində öz əksini kifayət qədər güclü şəkildə tapıb. Yazıçı təxəyyülündən fərqli olaraq, bədii televiziya filmindəki hadisələrin qəhrəmanların həyatda olan prototipləri var. Son illər kriminal hadisələr arasında çox tez-tez ailə münaqişələri zəminində baş verən qanlı olaylara rast gəlinir. Atanın öz övladına yaxud da əksinə olan hadisələrin tükürpədən variantları cəmiyyətdə müqəddəslik deyilən anlayışların kökündə bir sarsıntı yarandığına işarədir. Yaradanın müqəddəslər sırasına aid etdiyi anaya qarşı qəddarcasına bir qətlin əsas hadisə olduğuTəlatümfilmi çox ibrətamiz bir xətlə inkişaf edir.
Hadisələr hakimiyyətdə qarışıqlıq olduğu bir dövrdə baş verir. Respublika iflic vəziyyətindədir. Dərəbəylik, qanunsuzluq baş alıb gedir. Uzaq bir rayon mərkəzində isə yaşlı bir qadını tamah məqsədi ilə qətlə yetirirlər. Yaşlı qadını guya bir neçə dəfə həbsə düşmüş qatil öldürüb evdən külli məbləğdə pul aparıb. Qətli törədənin kimliyi üzdə məlumdur. Lakin o, qadını öldürdüyünü inkar etsə , istintaqın gəldiyi nəticə birdi: qatil bu yaxınlarda həbsdən çıxmış Kamil adlı şəxsdi. İlk gənclik illərindən iki dəfə adam öldürmək üstündə həbs olunan bu adamın təqsiri sübuta yetirilsə, onun güllələnəcəyi şəksizdir. Kamil özü bunu bildiyindən bütün qüvvəsi ilə etiraz edir. Onun dediyindən belə anlaşılır ki, pulu götürməsinə baxmayaraq, oğurluğa girdiyi evdə heç bir qoca qadın, filan görməyib. Qatilin məhkəməyə etiraz olaraq özünə iki dəfə qəsd etməsi mərkəzin diqqətini cəlb edir. Kamilin işini aparmaqdan ötrü Ali Məhkəmənin ən təcrübəli hakimi İlyas Şahdağlı dəvət olunur. Rayona ilk addımında qəribə hadisələrlə üzləşən İlyas Şahdağlı burada hüquq-mühafizə orqanlarının təmsilçilərinin o qədər böyük səlahiyyət sahibləri olmadığını görür. Daha doğrusu, onlar üzərlərinə düşən vəzifəni yerinə yetirə bilmirlər. Bu bir yana qalsın, onların bəziləri rayonda at oynadan qatillərlə birliyinə girib hökumətin əleyhinə aparılmasına yardımçı olurlar. İlyas Şahdağlıya elə ilk gündən aydın olur ki, bu məsələlərin kökündə var-dövlətə hərislik, insan övladının günü-gündən artan iştahası vəzifə sahibinin öz missiyasını unutması durur. Respublikada baş verən qarışıqlıq, sovet ittifaqının dağılma prosesində baş verən anlaşılmazlıq bu xaosu daha da gücləndirib. Həmin xaosda özünü dəryada balıq kimi hiss edənlər varlanmaq, hakimiyyəti ələ keçirmək üçün istənilən cinayətlərə getməyə hazırdılar. Hətta ananı öldürməkdən tutmuş, ana dediyimiz torpağın müqəddəratının həll edilməsinə biganəçiliyə qədər. Bu mənada İlyas Şahdağlı çiynini çox çətin bir işin altına verir. O, öhdəsinə götürdüyü işi layiqincə aparmaq əsil həqiqətin gizləndiyi məqamı açıqlamaqla böyük bir bölgənin insanlarına ədalətin hər yerdə bütün şəraitdə qələbə çaldığını göstərməli, haqqın nazildiyini, amma heç vaxt üzülmədiyini sübut etməliydi. Filmdə şərin tamahın, iftiranın başıpozuqluğun, həqiqətin vətənpərvərliyin simvolu kimi iki qüvvə üz-üzə durur: rayon prokuroru Səməd Məmmədli Ali Məhkəmənin hakimi İlyas Şahdağlı. qələbə kimin olacaq sualı bütün film boyu tamaşaçını narahat edir. Hökm sürən xaosda baş verən hadisələrin qəhrəmanları, asıb-kəsən, qolu zorlu, bir işarəsi ilə istənilən adamların ölümünə bais olacaq dərəcədə qəddar məharətlə maskalanmış, torpağa, el-obaya dönük çıxan qüvvələrin qarşısında müdrikliklə hökm vermək bacarığına malik İlyas Şahdağlı durur. Onun silahı yalnız həqiqət vətən sevgisidi. Amma o, bu silahla qalib gələcəyinə əmindir mübarizəsindən bir addım da olsun geri çəkilmək fikri yoxdu. Hətta Adəm peyğəmbərin Cənnətdən qovulmasına bais olan qadın məkri belə onun iradəsi qarşısında qüvvəsini itirir. Öyrədilib məhkəməyə gətirilmişhipnozçuqadınlar məhkəmə işə başlayan kimizərərsizləşdirilir”. Hakim ədalət anlayışlarının saflığı müqəddəsliyi yolunda İlyas Şahdağlı bütün çətinlikləri, hətta ölüm təhlükəsini belə gözə alır. Hər an qəsd müxtəlif böhtanlarla üz-üzə qala biləcəyini bir an unutmayan, bununla belə taleyin vəzifəsinin onun çiyinlərinə qoyduğu missiyanı şərəf ləyaqətlə yerinə yetirən hakim bu dəfə tutduğu yoldan çəkinmir. Nəticədə ədalət zəfər çalır. Əsil qatilin kim olduğu üzə çıxır. Kamil oğurluq etdiyi üçün, rayonda hakimiyyəti ələ keçirib özünün kiçik padşahlığını yaratmaq istəyənlər isə özünün layiqli cəzasını alır. Filmdə öldürülmüş qadının qızı Nəcibənin obrazı diqqəti cəlb edir. Varlı-hallı atasından sonra qalan var-dövlətin bacı-qardaşları arasında bölünməsini istəməyən bu qız anasının ölümünə fitva verir. Nəcibənin hesablamaları özünü doğrultmur. İlyas Şahdağlı əsil hüquqşünas məharəti ilə cinayətin üstünü açaraq, onu əlbir olduğu sevgilisi ilə birlikdə müttəhimlər kürsüsündə oturtmağa nail olur. Sonda İlyas Şahdağlının əyləşdiyi avtomobil hər tərəfdən hündür yaşıl ağaclarla əhatələnmiş yolla mərkəzə doğru şütüyür. Radiodan diktorun səsi efiri doldurur. Məlum olur ki, ulu öndərimiz Heydər Əliyev Bakıya qayıdır. Bu səriştəli uzaqgörən siyasətə malik dövlət başçısına ehtiyacı olan bir millətin, böyük bir xalqın istəyi ilə baş verir. Çünki əsrlərdən bəri qan-qadayla üz-üzə qalmış bu xalq artıq bilir ki, onun nicat qurtuluş yolu bu qayıdışdan keçir.
Filmin sonluğunun simvolik mənası müəlliflər tərəfindən çox uğurla seçilib. Azərbaycan Respublikasının taleyi məhz bu gəlişdən sonra dəyişir. Nəhayət ki, başı əsrlərdən bəri bəlalar görmüş, dəfələrlə parçalanmış, yağmalanmış bu torpaq öz nicat gününü yaşayır. Azərbaycanın taleyi birdəfəlik həll olunur. Heydər Əliyevin dəmir iradəsi uzaqgörən siyasəti vətənimizin müstəqilliyini təmin edir. Bu gəliş həm ədalətin zəfər çalması deməkdir. Amma bu rahat, gözəl təbiət mənzərəsi ilə süslənmiş kimi görünən geniş yola, həyat yoluna bələd olanlar bilirlər ki, hər şey beləcə, filmin kadrlarında göründüyü kimi asan deyil. Bununla belə geniş yol, ətrafdakı gözəl mənzərə gələcəyimizin gözəlliyi xoşbəxtliyinin öz əlimizdə olduğunu diktə edir. Həqiqət ədalətin hakim olduğu ürəklərin qurduğu həyatı heç bir qüvvə dağıda, yıxa bilməz.
Təlatümbədii televiziya filminin aşıladığı bu ideyaların gənc nəslin tərbiyəsində yönəldici rol oynayacağını da danmaq olmaz.


Yeni Azərbaycan.-2006.-5 dekabr.-S.8.