Ayxan

 

Gülbəniz Əzimzadəni

itirdik...

 

Türkiyəda vəfat edan rejissorun nəşi bu gün Vətənə gətiriləcək

Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Gülbəniz Əzimzadə  uzun  sürən  ağır xəstəlikdən sonra dekabrın 6-da 59 yaşında vəfat edib.

Azərbaycan Kinematoqrafçılar ittifaqından aldığımız məlumata görə, G.Əzimzadə bu ilin əvvəllərində Türkiyəyə köçüb, bacısının yanında yaşamağa başlayıb. Son 3 ayda isə o, Bursa şəhərində xərçəng xəstəliyindən müalicə olunurmuş. Mərhumun nəşi dafn olunmaq üçün bu gün Vətənə gətiriləcək. Rejissorla vida mərasiminin vaxtı hələ dəqiqlaşməyib.

Qeyd edək ki, Gülbəniz Əzimzadə "Dantenin yubileyi", "Təkcə adamı özünlə apara bilməzsən", "Qaladan tapılan mücrü", "Qatı günü", "Ümid", "Avqust gələndə", "Kainatın astanasında", "Nəğmə dərsi" və bir çox filmlərin rejissoru olub. Allah rəhmət eləsin!

 

Ekspress.- 2006.- 8 dekabr.- S.13.