Əsədov Bariz

 

Rusiyanın əməkdar artisti Teymur Bədəlbəyli salyanlı Zinger Salmanın nəticəsidir

 

VIII "Şərq-Qərb" kino festivalının sonunda, "Qızıl Çıraq" milli mükafatının təqdim edilməsi mərasimində Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Oleq Səfərəliyevin çəkdiyi "Əlvida, Cənub şəhəri" ən yaxşı film elan olundu. Bu filmdə baş rolun - Alik rolunun ifaçısı Teymur Bədəlbəyli isə "Ən yaxşı kişi roluna görə" nominasiyasına layiq görüldü. O, Rusiyanın əməkdar artisti, əfsanəvi Moskva Taqanka Teatrının aparıcı aktyorudur. Çoxları soyadına görə Timurun tanınmış Bədəlbəylilər nəslindən olduğunu zənn edirdi. Lakin özü hər şeyə aydınlıq gətirdi:
- Yox, mənədək nəslimizdə aktyor olmayıb. Düzdür, ana tərəfdən ulu babam özfəaliyyətdə çalışıb, babam Boris Zingerman əsl teatr adamı idi. Amma bilmirəm onlardan irsən dərəcədə "qidalanmışam". Atamın kökü isə Salyandandır, onun babası, mənim ulu babam orada "Zinger" tikiş maşınları firmasına rəhbərlik edib, buna görə Zinger Salman adı ilə tanınıb. Çox-çox illərdən sonra, təsadüfə bax, Zinger Salmanın (Salyanda onu yaxşı xatırlayırlar - B.Ə.) nəvəsi (məşhur şair, tərcüməçi publisist İlham Bədəlbəyli - B.Ə.) Boris Zingermanın qızı ilə rastlaşır onlar məni dünyaya gətirirlər. Ailəmizdə həmişə teatr atmosferi hökm sürərdi. Böyük-böyük aktyorlar rejissorlar evimizə qonaq gələrdilər. Əlbəttə, bütün bunlar, yəqin ki, peşə seçməyimə müəyyən təsir göstərib. Yadımdadır, babam hələ lap uşaqkən məni kukla teatrına - "Çəkməli pişik" tamaşasına aparmışdı. Birinci aktdan sonra tamaşanı tərk etdim. Sonralar da teatra az, çox az gedirdim. Bir dəfə isə, 1988-ci il idi, Taqanka Teatrında oldum bu, mənim taleyimdə böyük rol oynadı, həyat yolumu müəyyən etdi. Yalnız Taqankada başa düşdüm teatr nədir bu o vaxt idi ki, Taqanka Teatrının yaradıcısı, dünya teatrının canlı əfsanəsi Yuri Petroviç Lyubimov on yeddi yaşlı uşaqları başına toplayıb özünün ilk kursunu açmışdı. Mən elə bu yaşda idim məktəbi qurtarırdım.
Teymur Bədəlbəyli on səkkiz ildir Taqanka Teatrının səhnəsindədir. "Boris Qodunov", "Faust", "Marat markiz de Sad", "Teatr romanı", "Usta Marqarita", "Salnamə", "Sezuanlı əziz adam" tamaşalarında teatrsevərlərin məhəbbətini qazanıb. "Qızıl Çıraq" mükafatının təqdimatında jurnalistlərlə söhbətində dedi:
- "Əlvida, Cənub şəhəri" kinoda ilk böyük işimdir məhz mötəbər Bakı festivalının qalibi elan edilmiş belə bir filmdə oynadığım rola görə mükafatlandırılmağımdan çox məmnunam.
Məni tamaşalarımızda da görmək istədiyinizə görə hamınıza minnətdaram. Təki teatrımız dəvət olunsun. Biz bakılılar qarşısında çıxış etməyə həmişə hazırıq.

Azərbaycan.-2006.-3 dekabr.-S.8.