Gülər

 

"Azərbaycandan portretlər"

Budəfəki bölümü Mirzə Ələkbər Sabirə həsr edilib

 

 TRT-nin Bakı təmsilçiliyində "Azərbaycandan portretlər" adlı sənədli film hazırlanıb. 13 hissədən ibarət olan bu filmin ötən saylarına Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzada, Cəlil Məmmədquluzadə ilə bağlı məlumatlar da öz əksini tapıb. Sənədli filmin budəfəki bölümü isə Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyov, Əhməd Cavad, Mikayıl Müşfiq, Almas İldırım, Səməd Vurğun, Rəsul Rza ilə bağlı məlumatlar veriləcək. Bu həftə yayımlacaq bölümündə Mirzə Ələkbər Sabirin həyatı, yaradıcılığı, beynəlxalq aləmdə  məşhur olan "Hophopnaməsi" barədə   atraflı məlumatlar yayımlanacaq. Proqrama həmçinin, professor İsa

Həbibbəyli, şair Fikrət Sadiq, araşdırmağı Firudin Qurbansoyun dəyərli fikirləri ilə qatılacağı nəzərdə tutulub. Sənədli film ayın 8-də yerli saatla 08:00 01:30 TRT-INT-, həmin gün saat 15:30-da TRT-TÜRK kanalında yayımlanacaq.

 

Üç nöqtə.- 2006.- 8 dekabr.- S. 14.