"Qosfilm"də saxlanılan
32 Azərbaycan filmi tapılıb
Ekran işləri Azərbaycanda
bərpa olunacaq
Mədəniyyət və Turizm
Nazirliyinin tapşırığı ilə Moskvada "Qosfilmin"də
saxlanılan 32 Azərbaycan
filminin sürəti
Azərbaycana gətirilib.
Azərbaycan üçün
önəmli olan bu ekran işləri
"Yeni dalğa"
Prodüsser Mərkəzinin
direktoru Rasim Həsənova həvalə
olunub. Bu barəda
"Olaylar"a məlumat verən R.Həsənov filmlərin
bərpa olunacağını
deyib: "Nazirliyin tapşırığı ilə
Moskvaya gedərək filmlərin surətini Azərbaycana gətirdik. İndi onlar bərpa olunmalıdır". Bədii, sənədli
və animasiya filmləri Azərbaycan dilində səsləndiriləcək.
Şərq.- 2006.- 8 dekabr.- S.14.