“Məhkumlar” filmi çəkilib

 

Çingiz Abdullayevin “Məhkumların cənnəti” əsəri əsasında

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında dövlət sifarişi ilə hazırlanan “Məhkumlar” filmi qəbul olunub. Çingiz Abdullayevin “Məhkumların cənnəti” əsəri əsasında istehsal olunan filmin rejissoru Mehriban Ələkbərzadədir. Ç.Abdullayev APA-ya bildirib ki, ekran işinin yaxın günlərdə təqdimat mərasiminin keçirilməsi və efirdə nümayişi nəzərdə tutulub. Yazıçının sözlərinə görə, onun Latviya və Azərbaycandan bəhs edən “Unudulmuş yuxu” əsəri əsasında film çəkiləcək. Film Latviya və Azərbaycan rejissorları tərəfindən çəkiləcək, aktyor və aktrisa heyəti də hər iki ölkədən cəlb olunacaq. Bununla yanaşı, yazıçının bu günlərdə Moskvanın “Eksima” və “Este” nəşriyyatlarında dörd kitabı işıq üzü görüb. Yaxın günlərdə yazıçının Moskvada daha bir yeni “Soyuğu saxlayan adamlar” adlı kitabı nəşr olunacaq.

 

İki sahil.- 2006.- 16 dekabr.- S. 8.