Mükərrəmoğlu Mehdi

 

Dörd bədii filmin istehsalı davam edir

 

Artıq 2006-cı il başa çatmaq üzrədir. Milli kinomuz bu il hansı yeni filmləri ilə yadda qalacaq? Bu sualla Mədəniyyət Turiz Nazirliyinin filmlərin istehsalı sektorunun müdiri, kinorejissor Cəmil Fərəcova müraciət etdik:
Azərbaycan kinosu ildən-ilə öz istehsal gücünü artırmaqdadır. Belə ki, 2006- ildəAzərbaycanfilmkinostudiyasında dörd bədii filmin istehsalına başlanmış bu gün onlar istehsalın müxtəlif mərhələlərindədir.
Məhkumlarfilmini rejissor Mehriban Ələkbərzadə çəkir. Bu filmin ssenarisini yazıçı Çingiz Abdullayev qələmə almışdır. Film, adından da göründüyü kimi, çox maraqlı ziddiyyətli bir mövzuya toxunur. Burada məhkumların həyatı ilə yanaşı, müəyyən lirik məqamlar da var. Artıq filmin istehsalı başa çatmaq üzrədir yəqin ki, yeni ilin əvvəllərində biz bu filmi tamaşaçılara təqdim edə biləcəyik.
Dövlət sifarişi ilə çəkilənBiz qayıdacağıqfilmini isə rejissor Elxan Qasımov çəkir. Maraqlı burasıdır ki, lentə alınan filmlərin əksəriyyətində Qarabağ mövzusu mühüm yer tutur. “Biz qayıdacağıqda məhz bu mövzudadır.
Müasir mövzuda lentə alınmışGünaydın, mələyimflimini kinorejissor Oqtay Mirqasımov çəkir. Bundan əvvəl rejissorunOvsunçufilmi ekranda müvəffəqiyyətlə nümayiş etdirilmişdir. Bir aktrisanın taleyi fonunda müasir həyatın problemlərindən bəhs edən rejissor filmi yaxın vaxtlarda tamamlayacaq.
Kinorejissor Şamil Nəcəfzadə isəQalafilminin çəkilişlərinə başlayıb. Qarabağ müharibəsinin yaratdığı problemlər filmin əsasını təşkil edir.
Daha iki film İlyas ƏfəndiyevinHökmdar qızı”, əsəri əsasında Hüseyn Cavidin həyatı mövzusunda çəkilir. Ramiz FətəliyevHökmdar qızıfilminiTofi studiya — XXI” studiyasında lentə alır. “Cavid ömrüfilmini isəYeni dalğastudiyasında Ramiz Həsənoğlu Anarın yazdığı ssenari əsasında çəkir. Hər iki film ümummilli lider Heydər Əliyevin sərəncamına uyğun olaraq ekranlaşdırılır.
Göründüyü kimi, 2006- ili milli kinomuzda əsaslı dönüş ili hesab etmək olar. Bu il həm Azərbaycanfilmin əsaslı təmiri başlanmışdır yaxın gələcəkdə studiya yeni, müasir avadanlıqlarla tam gücü ilə işləyəcəkdir.
 
Xalq qəzeti.-2006.-19dekabr.-S.7.