Nizamiqızı  Gülər

 

Vaqif xatirəsi

Beş dəqiqəlik xatırlama bir ömrün musiqi gəzişməsidir

 

Böyük caz ustası Vaqif Mustafazadəyə həsr olunmuş klip çəkilib. "Vaqif xatirəsi" adlanan ekran işinə bu günlərdə "Jazz club"da təqdimat keçirildi. Yaradıcı heyətin sözlərinə inansaq, klip əslində mini filmdir. Ekran işinin rejissoru Aztv-dən hamının aparıcı kimi yaxşı tanıdığı Rafiq Həşimovdur. Beş dəqiqəlik ekran işində musiqinin həm bəstəçisi, həm ifaçısı pianoçu Nizamidir. Qeyd edək ki, bu musiqi bir ilə yaxındır ki, 106 FM radiosunda səsləndirilir. İfaçı Nizami bildirdi ki, musiqini klip üçün fərqli səsləndirib. Yəni klipdə yalnız fortepiano eşidilir. 0, bunu filmin tələbilə izah etsa , musiqi bir qədər quru soyuq alınıb. Klipin ssenarisinə gəlincə, ekran işi V.Mustafazadənin xatirəsinə həsr olunub. Əsas çəkilişlər onun ev muzeyində aparılsa da, Bakıdakı şairlərin heykəlləri, onun özünün fotoşəkilləri s. təsvir olunur. Nizami isə V.Mustafazadənin fortepianosunda çalır. Rejissor bildirdi ki, bəstəni ekranlaşdırmaq onun üçün heç asan olmayıb: "Təklif gələndə xeyli tərəddüd etdim. Vaqif Mustafazadənin xatirəsini beş dəqiqəlik klipdə təsvir etmək çətin idi". İfaçı isə gördüyü işdən məmnun olduğunu diqqəta çatdırdı: "Vaqif Mustafazadə böyük şəxsiyyətdir. İlk işimin onunla bağlı olması məni çox sevindirir. Klip başqa ölkələrdə vaxtsa izlənərsə, hesab edəram ki, mən sənətimiz üçün nəsə etdim". Yaradıcı heyət onu da bildirdi ki, bəstə ekranlaşdırılarkən onlara dəstək verənlər olub. Bu işdə onlara ən bö­yük yardımı V.Mustafazadənin ev-muzeyinin direktoru edib. Bununla yanaşı musiqi radioda təmənnasız səsləndirilib. Yaradıcı heyət ümid edir ki, klipi qəbul edən telekanallar müəyyən güzəştlərə razı olacaqlar.

 

Olaylar.- 2006.- 5 dekabr.- S.16.