Yoxlama» filmi «Qran-pri» alıb
Kinorejissor Vaqif Mustafayevin ekranlaşdırdığı «Yoxlama» filmi mükafat alıb. Moskvada keçirilən beynəlxalq
kinofestivalda iştirak
edən ekran əsəri ölkəyə
«Qran-pri» ilə qayıdıb. Filmdə baş
polu əməkdar
artist Səidə Quliyeva
ifa edir. Aktrisanın sözlərinə
görə, müxtəlif
ölkə kinematoqrafiyaçılarının
qatıldığı festivalda
«Yoxlama» filmini beynəlxalq münsiflər
heyəti qiymətləndirib:
«Mən özüm festivala gedə bilmədim. Eşidəndə ki, «Qran-pri»
almışıq, çox
sevindim. Ümumiyyətlə,
2006–cı il
mənim üçün
«festivallar ili» kimi yadda qaldı.
Bundan öncə Akademik Dram Teatrı ilə birgə bir neçə festivallarda olmuşam». Səidə xanım əlavə
etdi ki, təzə ilə bir neçə yeni obrazla qədəm
qoyacaq. Hansı rollarla? Bax,
bunu o, hələlik sirr saxladı…
Gündəlik Azərbaycan.-2006.-23 dekabr.-S.13.