Arifoğlu N.
Nəcibə Məlikovanın 85
illiyi qeyd olundu
Ötən gün
Dövlət Film Fondunda aktrisa Nəcibə Məlikovanın
85 illiyinə həsr olunmuş tədbir keçirildi. Mərasim
istirakçılarını salamlayan Fondun direktoru Cəmil
Quliyev olmaz sənətkar N.Məlikova ilə bağlı
xatirələrindən danışdı. "Sözün
əsl mənasında korifey sənətkarımız
Nəcibə xanım cismən dünyadan getsə də onun
ruhu bizimlədir. Şəxsən mənim
sənətə gəlməyimdə onun böyuk rolu olub.
Və mən hər zaman buna görə
Nəcibə xanıma minnətdaram."
Tədbirdə dahi
sənətkarın müxtəlif rollarda oynadığı
kinofilmlərdən qısa fraqmentlər nümayiş
etdirildi. Xalq artisti, kinoşünas Aydın
Kazımzadə isə aktrisanın oynadığı rollardan
söz açdı. "Ümumiyyətlə,
istər kino, istərsə də teatr səhnəsində
elə aktyorlar olur ki, onlar ilk çıxışlarında
tamaşaçı diqqətini özunə yönəldə
bilirlər. Nəcibə Məlikova da
məhz bu cür sənətkarlardan idi. İnanıram
ki, o daim tamaşacıların xatirində yaşayacaqdır."
Tədbirdə
iştirak edən millət vəkili, akademik Ziyad
Səmədzadə də aktrisanın həyat və
yaradıcılığından danışdı. Xalq
artisti Telman Adıgözəlov isə aktrisanın
şəxsi keyfiyyətləri ilə bağlı bəzi
məqamlara toxundu.
Rejissor Ramiz Əzizbəyli
da aktrisa haqqında xos sözlər dedi: "Nəcibə
xanımın oynadığı bütün rollar
tamasaçılar arasında böyük maraq doğursa da,
"ögey ana" obrazı bu rollar içərisində
xüsusi çəkiyə malikdir. Həmin vaxt
onun yaratdığı bu obraz insanlar tərəfindən
böyük rəğbətlə qarsılandı və bir
növ "ogey ana" anlayışına yumsaqlıq
gətirdi. Məhz bu rolun sayəsinda
neçə-neçə ailə xoşbəxt oldu. Bütün bu amillər isə bir daha Nəcibə
xanəmın nə qədər böyük sənətkar
olmasını sübut edir." Xatırladaq
ki, 1921-ci ildə Bakının Buzovna
qəsəbəsində, ziyalı ailəsində anadan olan
Nəcibə Məlikova Bakı Teatr Texnikumunda təhsil
alıb. Sonra isə bir müddət
Gəncədə işləyib. N.Məlikova
40-cı illərin ortalarından kino sənətinə gəlib.
İki sahil.- 2006.- 9
dekabr.- S.6.