Mükərrəmoğlu Mehdi

 

Nəcibə Məlikovanın 85 illik yubileyi qeyd olundu

 

Azərbaycan Dövlət Film Fondunun dəhlizində ilk baxışda diqqəti çəkən divar boyu düzülmüş məşhur kino xadimlərinin foto-portretləridir. bu portretlər sırasında Azərbaycanımızın gözəl xanımı, xalq artisti Nəcibə Məlikovanın da portreti asılmışdır. Bu gün onun yubiley tədbirinə gələnlər isə ilk növbədə Nəcibə xanımın həyat yaradıcılığını əks etdirən sərgiyə tamaşa edirlər. qədər teatr rolları, qədər kino qəhrəmanları var. Sərgidə Nəcibə xanımın Estreliya (“Sevilya ulduzu”), Şəhrəbanu (“Lənkəran xanımın vəziri”), Xuraman (“Vaqif”), Xumar (“Şeyx Sənan”), Safiyə xatun (“Qılınc qələm”) onlarla digər teatr rolları ilə yanaşı kino qəhrəmanlarının da foto şəkilləri əks olunub.
Yubiley tədbirinə toplaşmış tamaşaçılar böyük həvəslə bir neçə il əvvəlKinoqəzetinin Nəcibə xanıma həsr olunmuş xüsusi buraxılışını da vərəqləyirlər.
Budur, Nəcibə xanımın 85 illiyinə həsr olunmuş yubiley tədbirinin rəsmi hissəsi başlayır. Film Fondun direktoru, kinorejissor Cəmil Quliyev tədbiri açaraq Nəcibə xanımın Azərbaycan teatr kino sənətinin inkişafındakı xidmətlərindən bəhs etdi. Sonra kinoşünas Aydın Kazımzadə bu böyük sənət fədaisinin həyat sənət yolundan geniş şəkildə söhbət açdı. Çıxış edənlər Nəcibə xanımın çoxillik sənət taleyinin müxtəlif məqamlarına, xüsusilə kino yaradıcılığına diqqət yetirdilər.
Qeyd olundu ki, Nəcibə xanım Azərbaycanda teatr sənətinin formalaşmasında xüsusi xidmətləri olmuş Azərbaycan Milli Akademik Teatrının səhnəsində bir sıra uğurlu rolları ilə tamaşaçıların dərin rəğbətini qazanmışdır.
Amma çıxış edənlər daha çoxOgey anafilmindəki Dilarə xanım rolu üzərində dayandılar. 1959-cu ildə çəkilmiş bu filmdə Nəcibə xanım çox uğurlu bir ekran qəhrəmanını bizlərə ərmağan etmişdir. Dilarə xanım bizim milli kinomuzun çox sevilən qəhrəmanlarındandır. Onun balaca Ceyhunla (İsmayıl) olan münasibətləri əsl sənət nümunələridir. Onun oyununda ciddi professionalıq var. Aktrisa Dilarə xanımı tamaşaçılara elə yüksək istedadla çatdırmışdır ki, bu böyük sənətkarın ifasına heyran olursan.
Ekranda Nəcibə xanımınArşın mal alan” (II variant) filmindəki Xala obrazı canlanır. Əlbəttə, Münəvvər Kələntərlidən sonra bu rolu yaratmaq o qədər asan deyildi. Amma Nəcibə Məlikova öz güclü istedadı, aktyorluq qabiliyyəti hesabına obrazı özününküləşdirə bildi.
Sonra söhbətƏhməd haradadırfilmindəki Nərgiz xalanın üstünə gəldi. Kinorejissor Adil İsgəndərov çox gözəl seçim edib Nəcibə xanımı Nərgiz roluna dəvət etmişdi. Bu zabitəli qadın onun ifasında olduqca maraqlı yaddaqalandır. Nərgiz bütün situasiyalardan baş çıxaran, ailəsinin bütün qayğılarını öz üzərinə götürmüş anadır.
Əksər vaxt müsbət qəhrəmanların ifaçısı olan Nəcibə xanımQanun naminəfilmində Zərintacın da obrazını yaratmışdır. Bununla o, həm mənfi tipli qadın rolunun mahir ifaçısı olduğunu təsdiq etmişdir.
EkrandaAygünfilmindən fraqmentlər nümayiş etdirilir. Qeyd olunur ki, Aygün obrazı Nəcibə xanımın çox sevdiyi qəhrəmanlardan biri olmuşdur. Uzun illərdir ki, tamaşaçılar bu filmə sevə-sevə baxırlar.
Sonda Nəcibə xanımın yaxın qohumları bu tədbiri təşkil etdiyinə görə Dövlət Film Fondunun rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
 

Xalq qəzeti.- 2006.- 9 dekabr.- S. 8.