Turanə
Nəcibə Məlikovanın xatirəsi yad olundu
Nəcibə Məlikovanın xatirəsi
yad olundu. O, "Qanun naminə", "Üzeyir ömrü",
"Aygün", "Arşın
mal alan", "Əhməd
haradadır", "Fətəli
Xan", "Bakının
işıqları", "Leyli və Məcnun",
"Ögey ana" kimi bu gün
də sevilərək
izlənilən filmlərdə
rol alaraq, tamaşaçıya böyük
ustalıqla aktyor peşəkarlığını çatdırıb. 1992-ci ilin iyul ayında
dünyasını dayişən
Nacibə xanım milli kino sənətinə
əsil Azərbaycan qadınının obrazını
gətirmişdi.
Dünən Dövlət Film Fondunda aktrisanın 85 illik yubileyi qeyd olundu. Tədbirdə Nəcibə xanımın
sənət dostları,
yaxınları və
onu sevənlər iştirak edirdi. Fondun direktoru, rejissor Cəmil Quliyev Nəcibə xanımın
Azərbaycan teatr və kino sənəti
tarixində yaratdığı
qeyri-adi obrazlardan, həyat və yaradıcılığından, eləcə də onunla bağlı xatirələrindən danışdı.
Kinoşünas Aydın Kazımzadə
aktrisanın oynadığı
filmlərin hər birinin Azərbaycan kinosunun qızıl səhifələrinə həkk
olunduğunu söylədi.
"Nəcibə Məlikova yaddaqalan qadın obrazlarının
yaradıcısı idi.
O, gözəl aktrisa olmaqla yanaşı, qətiyyətli və mərd bir xanım
idi. Bu xüsusiyyətlərinə
görə də, yaşından asılı
olmayaraq, bir çox insanın məhəbbətini qazanmışdır.
Millət vəkili Ziyad Səmədzadə isə
Nəcibə xanımla
bağlı uşaqlıq
xatirələrindən danışıb. "0,
anamın əmisi, Azərbaycanın klassik şairlərindən biri olan
Haşım bəy Saqibin qızı idi. Ziyalı ailədə böyüdüyündən
olduqca mədəni və kamil bir
insan idi. Mən onun həm sənətinin,
həm də özünün vurğunu
idim. Nəcibə xanımın istər
kino, istərsə də teatr sənətində
əvəzolunmaz yeri
var. Onun yaratdığı
obrazlar Azərbaycan milli kino sənətinin
sərvətlərindəndir". Millət vəkifi bu günlərdə Milli Məclisdə qəbul olunması gözlənilən Teatr Haqqında Qanunun unudulan sənətkarların
adlarının əbədiləşdirilməsində
böyük rol oynayacağını da dedi. "Nəcibə
xanımda ilahi töhfəsi olan gözəllik vardı.
Onun qəlbi də siması tək gözəl
idi. Hər zaman
xanım-xatınlığı ilə seçilər, zövqlə geyinərdi".
Nəcibə xanım xalq
artisti Telman Adigözəlovun xatirində
məhz bu obrazla qalıb.
Səhnəmizin sevilən
aktyorları Muxtar Manıyev, Həmidə Ömərova, Səidə
Quliyeva, Rafiq Əzimov Nəciba xanımın Azərbaycan
Milli Dram Teatrındakı
fəaliyyətindən, xüsusən
də gənclərə
olan qayğı və diqqətindən, kineoperator Şərif Şərifov isə aktrisayla birgə işlədiyi iki filmin kadrarxası maraqlı səhnəlarindən
danışdı.
Yeni
Azərbaycan.- 2006.- 9 dekabr.- S.8.