"Uğur- 2006"nın qalibləri müəyyənləşib

İncəsənət xadimlərinə mükafatlar təqdim edilib

 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Milli Mədəniyyətin Təbliği Mərkəzinin (AMMTM) "Uğur- 2006" mükafatlarının təqdimetmə mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMMTM-in direktoru Arif Mədətov mükafat sahiblərini təbrik edib onlara yaradıcılıq uğurları arzulayıb:

"Artıq ikinci ildir ki, "Uğur-2006" mukafatı mədəniyyət incəsənət xadimlərinə verilir. Bu mükafata tanınmış bu yolda fədakarlıq göstərmiş insanlar sahiblənir. Əminəm ki, layihəmiz uzun illər davam etdiriləcək mədəniyyətə diqqət daha da artacaq". "Uğur-2006" mükafatına "Şərəf ləyaqətə görə" nominasiyasında xalq artistləri Fidan Qasımova, Arif Məlikov, "Quruluş verdiyi tamaşalara görə" nominasiyasında xalq artisti Mərahim Fərzəlibəyov, "Ədəbi elmi fəaliyyətə görə" nominasiyasında şair Ağa Laçınlı, "Konsert fəaliyyətinə görə" nominasiyasında xanəndələr Sabir Abdullayev, Əyyub Quliyev, "ifa etdiyi rollara görə" nominasiyasında Sənubər İsgəndərli mükafatlara layiq görülüblər.

 

Şərq.- 2006.- 23 dekabr.- S. 14.