“Azercell” gənc kinematoqrafçılara
dəstək verir
Dekabrın 13-də
"START" 3-cü beynəlxalq tələbə filmləri
festivalı başlamışdır. Rəşid
Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən
açılış mərasimindən
sonra festival "Səda" Tədris Teatrında davam etdirilir. Mədəniyyət
və turizm, gənclər və idman nazirliklərinin təşkilatçılığı ilə həyata keçirilən və 3 gün davam edən bu festivalın
baş sponsoru "Azercell Telecom" BM-dir.
"START" tələbə filmləri festivalı
"Cinema" Gənc
Kinematoqrafçılar Mərkəzi
tərəfindən 2004-cü ildə təsis olunub. Bu dəfə
də qalibləri 5 nominasiya üzrə müəyyənləşdirmək qərara alınıb.
"Ən yaxşı
film", "Ən yaxşı bədii film" və "Ən yaxşı sənədli film" nominasiyalarında qalib olacaq filmlərin müəlliflərinə pul
mükafatları veriləcək.
Bundan başqa, öz işləri ilə fərqlənən
beş tələbənin
fərqlənmə diplomu,
bir tələbənin
isə münsiflər
heyəti tərəfindən
"Ən yaxşı
ideyaya görə"
mükafatlandırılması nəzərdə tutulub.
Münsiflər heyətinə
5 ölkənin tanınmış
kino xadimləri - Babək Şirinsifət (İran), Elçin Musaoğlu (Azərbaycan), Qaliya Eltay (Qazaxıstan),
Əhməd Erdal (Türkiyə) və Əyyub Şahobdinov (Özbəkistan) daxildir.
Bu il festivala
9 ölkədən - Bolqarıstan,
Özbəkistan, Türkiyə,
İran, Gürcüstan,
Macarıstan, Qırğızıstan,
Qazaxıstan və Azərbaycandan 90 film daxil olub. Mötəbər
tədbirin seçim komissiyası onların içərisindən müsabiqə
proqramı üçün
45 film seçib.
Müsabiqə proqramından
əlavə festival çərçivəsində münsiflər heyəti üzvlərinin də filmlərinin baxışı
olacaq. Festival çərçivəsində kino peşəkarlarının
mühazirələri dinləniləcək.
Respublika.-2006.-16dekabr.-S.7.