Rüstəm Z.

 

«Start»a bu gün start verilir

Tələbələri beş nəfərdən ibarət

beynəlxalq münsiflər heyəti mükafatlandıracaq

 

Festivallar yalnız təcrübə mübadiləsi aparmaq, beynəlxalq kino bazarına çıxmaq üçün şans deyil. Kino sənayesi inkişaf etməkdə olan Azərbay­can kimi bir ölkədə festivallar həm kino təhsilinin səviyyəsini öyrənməyə imkan verir. Məhz, belə tədbirlərdə müqayisə üçün geniş imkan yaranır, müvəffəqiyyətlər çatışmayan cəhətlər dərhal üzə çıxır. Digər tərəfdən, belə festivallarda daim iştirak edən gənclərin ambisiyaları artır, rəqabət hissi güclənir. Festivalda Danimarka, İran, Macarıstan, Türkiyə başqa ölkələrdən olan yaşıdları ila tanış olan azarbaycanlı tələbə fikirləşir ki, əgər əcnəbi gənclər çəkdikləri normal filmlərlə dünyanın az qala yarısını gəzə bilərlərsə, məndə niyə bu alınmasın?

Dekabrın 13-dən 16-na qədər Bakıda keçiriləcək "Start" III Beynalxalq Tələ­bə Filmləri Festivalının prezidenti Fehruz Samıyev deyir ki, bu yarışma da gələcəyin peşəkar kinematoqrafçılarının bu tipli ambisiyalarının güclənməsinə reallaşmasına təkan vermək istayindən yaranıb:

"Festivalın miqyası genişləndikcə tələbələrin ona marağı da artır. Söhbət həm yerli, həm əcnəbi tələbələrdən gedir. Bildiyiniz kimi, keçən il biz "Start"ın in­ternet səhifəsini istifadəyə verdik. Bir il ərzində saytımız daha da təkmilləşib, artıq üç dildə - Azərbaycan, rus ingilis dillərində fəaliyyət göstərir. Bu da festi­val barədə informasiyanın daha geniş miqyasda yayılmasına, daha çox tələbənin bu müsabiqəyə film göndərməsinə şərait yaradır".

Qeyd edək ki, artıq üçüncü dəfə keçirilən festivalın şərtlərində ciddi dəyişikliklər baş verməyib. Əvvəlki illərdə olduğu kimi, bu dəfə qaliblər beş nominasiya - "ən yaxşı film" ("Qran pri"), "On yaxşı bədii film" (I II yerlər), "Ən yaxşı sənədli film" (I II yerlər) üzrə müəyyənləşdiriləcək. Qaliblar üçün 500, 400 300 manat məbləğində pul mükafatları nəzərdə tutulub. ilk dəfə olaraq, bu il öz işləri ilə digərlərindən seçilən beş tələbə fəxri diplomla təltif ediləcəklər. Həmçinin münsiflər heyəti bir nəfər tələbəni "ən yaxşı ideya"ya görə müka­fatlandıracaq. F.Samiyev bunun pul mükafatı da ola biləcəyini deyir: "Hər şey festivalın maliyyə imkanlarından asılıdır".

Daha bir yeniliksə münsiflər heyəti ilə bağlıdır. Ötən il münsiflər heyəti yalnız Azərbaycan rejissor kino bilicilərindən ibarət idi. Festivalın beynəlxalq statuslu olduğunu nəzərə alaraq, bu il filmləri beş nəfərdən ibarət beynəlxalq münsiflər heyyəti qiymətləndirəcək.

Öyrəndik ki, III "Start"a 9 ölkədənAzərbaycan, Bolqarıstan, Özbəkistan, Türkiyə, İran, Gürcüstan, Macarıstan, Qırğızıstan Qazaxıstandan taxminən 90 film daxil olub. Festivalın seçim missiyası onların hamısına baxandan sonra müsabiqə proqramı üçün 46 seçib. Bu filmlərin hamısı tələbə işidir. Filmlərin arasında -texniki keyfiyyət baxımından ciddi fərqlər o gündən seçim zamanı orijinal ideyalı maraqlı süjet həllinə, müəllif yozuma xüsusi diqqət yetirilib. F.Samıyevin sözlərinə görə, bu il festivala müraciət edənlərin sayının daha çox olması yaradıcı gənclərin öz qüvvələrini daha ciddi şərtlər daxilində sınamaq istəyindən irəli gəlir: "Bir çoxları üçün festivalımızın şərtləri maraqlıdırbizdə, başqa festivallarda olduğu kimi, saysız-hesabsız mükafatlar yoxdur. Yəni şərtlərimiz bir qədər sərt, mükafatların sayı isə məhduddur. Bu isə özünü sənətə həsr etmək istəyən istedadına güvənən gənclərin xüsusilə xoşuna gəlir".

Qeyd edək ki, "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən 2004-cü ildə təsis olunmuş "Start Tələbə Filmləri Festivalı Mədəniyyət   Turizm Nazirliyi, Gənclər İdman Nazirliyinin təşkilatçılığı, “24 K” kinoatelyesi, "Exo" "Ritm" şirkətli "Azərfoto" agentliyinin dəstəyi ilə keçrilir.

 

Ayna.- 2006.- 13 dekabr.- S.8.