Azərbaycanla Moldova arasında əlaqələr
yüksək səviyyədədir
Dekabrın 9-da Milli
Məclisin Sədri Oqtay Əsədov Moldovanın
ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri İon Robunu qəbul edib. Qonağı salamlayan spiker onu Azərbaycanda
səfir kimi fəaliyyətə başlaması
münasibətilə təbrik
edib. Sədr Azərbaycanla Moldova
arasındakı əlaqələrə
toxunaraq bütün sahələrdə ikitərəfli
münasibətlərin yüksək
səviyyədə olduğunu
bildirib.
İki ölkənin dövlət başçılarının
qarşılıqlı səfərləri
və bu səfərlər zamanı
aparılan danışıqlar, imzalanan
sənədlər əlaqələrin
inkişafına təkan
verib. Bu gün iki ölkə
arasında siyasi, iqtisadi və digər sahələrdə
əlaqələr yüksələn
xətlə inkişaf
edir.
Oqtay Əsədov Azərbaycanla
Moldovanın beynəlxalq
təşkilatlar, o cümlədən GUAM çərçivəsində
səmərəli əməkdaşlığından
söz açaraq bir çox məsələlərlə bağlı
ölkələrimizin mövqelərinin
üst-üstə düşdüyünü diqqətə
çatdırıb. Sədr
əlaqələrimizin inkişafında
parlamentlərin də
böyük rol oynadığını qeyd
edib. Azərbaycan Milli Məclisində Moldova ilə parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun fəaliyyət
göstərdiyi qonağın
diqqətinə çatdırılıb.
Spiker Oqtay Əsədov səfirə
uğurlar arzulayıb,
onun diplomatik fəaliyyətinin ölkələrimiz
arasında əlaqələrin
hərtərəfli inkişafına
xidmət edəcəyinə
əmin olduğunu vurğulayıb.
Səmimi qəbula görə təşəkkür
edən İon Robu ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu bildirib. O, ölkəsi ilə Azərbaycan arasında əlaqələrin durmadan
inkişaf etidyini deyib. Gələn il Azərbaycana
Moldova nümayəndə
heyətinin səfər
edəcəyini deyən
səfirin sözlərinə
görə, keçirilən
görüşlərdə iqtisadi və ticarət əlaqələrinin
genişləndirilməsinə dair müzakirələr aparılacaq.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrin daha da inkişafı regional münaqişələrin
sülh yolu ilə həlli, beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və
digər qarşılıqlı
maraq kəsb edən məsələlər ətrafında
fikir mübadiləsi ararılıb.
Azərbaycan.-2006.-9dekabr.-S.2.