Bu gün sizinlə

 

Onu   milli  opera  səhnəmizin Leylisi,   Əslisi,   Şahsənəmi, Tellisi, Sənami kimi tanımışıq. Bütün bu rollarla yanaşı, qədər muğam, xalq bəstəkar mahnısı ifa edib Rəsmiyyə Sadıqova. Keçən əsrin 60-cı illərində orta məktəbdə oxuyarkən öz fitri istedadı çalışqanlıği ilə seçilən bu qız respublikanın tanınmış sənət adamlarının diqqətındən yayınmamışdı. Orta məktəbi başa vurmamış onu Asəf Zeynallı adına musiqi məktəbinə qəbul etdilər. Muğam ustası Seyid Şusinskinin sinfində oxudu. "Qatar" "Bayatı-şiraz" muğamları ilə qəbul imtahanı verən Rəsmiyyə ustad tarzən Bəhram Mansurovun da diqqətini cəlb etdi. Bəhram muəllim onu Opera Balet Teatrına gətirdi. Gənc qız ciddi komissiya qarşısında sınaqdan çıxmalə idi. Niyazi, Şəmsi Əfrasiyab Bədəlbəylilər, Bəhram Mansurov ona qulaq asdılar. Rəsmiyyə "Simayi-şams"i, sonra da "Heyratı" oxudu. Ela həmin gündən onu teatra qəbul etdilər. İlk rolu da Əsli oldu.

Uzun illər keçib o vaxtdan. İndi Rəsmiyyə xanım o illərdə

SSRi-nin bütün respublikalarına, Moskvaya qastrol səfərlərini, Kremlin Qurultaylar sarayında, Qaykovski adına konsert salonunda verdiyi konsertlari yada salır.

Azərbaycanı qarış-qarış gəzən aktrisa-müğənni son illərini ölkəmizdən kənarda keçirib, Hollandiyada, İspaniyada, Almaniyada həmvətanlərimizlə görüşüb. Azərbaycanın ulu muğamlarından, xalq mahnılarından ibarət konsertləri alqışlarla qarşılanıb. Bu gün Rəsmiyyə xanım yenə doğma vətənindədir. "Simayi-şəms" ansamblının fəaliyyətini bərpa etmək niyyətindədir. Opera səhnəsinə qayıtmaq da keçir könlündən.

Dekabrın 9-da saat 12.25 dəqiqədə Rəsmiyyə xanım "Bu gün sizinlə"  müallif proqramında əməkdar jurnalist Fəridə Aslanbəylinin qonağı olacaq. Yaradıcılıq söhbətlərini, təbii ki, müğənninin müxtəlif illərdə lentə aldırdığı mahnılar muğamlardan parçalar bazəyəcəkdir.

 

Ekran Efir.- 2006.- 4-10 dekabr. –S. 5.