"Ələkbər Tağıyevin musiqi təhsili olmayıb"
Bəstəkarın həzin melodiyaları duyğularımıza
həssas xalq ruhu, coşqun vətənpərvərlik hissi
axıdır
Bu gün
Azərbaycanda çoxları
mahnı bəstələyir.
Musiqidən xəbərdar olan da, olmayan
da. Belələrini qınayanda deyirlər
ki, "əşi, heç Ələkbər
Tağıyevin də
musiqi təhsili olmayıb". Başa düşmək
istəmirlər ki, onlardan fərqli olaraq, rəhmətlik Ələkbər Tağıyev
əsl mahnı bəstələyirdi. Elə
bir mahnı ki, 50 il
bundan əvvəl bəstələnməsinə baxmayaraq,
köhnəlmir. Ələkbər Tağıyev Allahın yaratdığı gözəllikləri,
təbiətdəki xalis
səsləri ruhu ilə duyub, insanın ovqatına uyğunlaşdıran bəstəçi
idi. Bu günün
məşhur dırınaqarası
bəstəçilərindən fərqli olaraq Ələkbər Tağıyevin
30-40-50 il bundan əvvəl bəstələdiyi musiqinin
şən, həzin melodiyaları duyğularımıza
incə, həssas xalq ruhu, coşğun
vətənpərvərlik hissi axıdır. Onun mahnılarının əksəriyyətini çoxumuz
xalq mahınısı
kimi tanıyırıq...
Ələkbər Tağıyev qədim
Gəncə torpağında
kasıb ailədə
dünyaya göz açdı. Uşaqlıqdan musiqiyə həvəs göstərsə də, kasıbçılıq ona
musiqi təhsili almağa imkan verməyib. Orta məktəbi qurtarandan sonra, məhkəmədə
kərgüzarlıq etdi
və işləyə-işləyə
qiyabi ali
hüquq təhsili aldı və gənc yaşlarından prokurorluq sistemində müxtəlif vəzifələrdə
çalışdı. Lakin içindəki
sənət eşqinin
vulkan kimi püskürməsinin qarşısını
ala bilmədi. Günlərin birində Filarmoniyada konsertdə tanınmış
bir müğənninin
xarici mahnıları oxumasından sonra bərk təsirlənir.
Bu hadisədən bir müddət sonra, Göygöldə dincələrkən sanki ona vergi verilib.
Harda olsa ucadan zümzümə
etməyə başlayıb.
Yaxınları elə bilər
ki, onun başına hava gəlib və onu pirə apararlar.
Maraqlı bir faktı
da qeyd etmək
lazımdır. Ələkbər Tağıyev ağır seyid nəslindən sayılır. Ulu tanrıdan bəstəçilik
vergisi alan
Ələkbər Tağıyev
Konservatoriyanın nəzdində
həvəskar bəstəkarlar
üçün təşkil
olunmuş ikiillik kursa daxil olur.
Nəhayət, belə
bir təkan baş verdi
və onun həzin nəğmələri
az zaman içərisində bütün
Azərbaycana yayıldı.
Ələkbər Tağıyevin imzası
o vaxtlar bir hadisə oldu. Hamı bu imzanı
sevib gözlədi, izlədi... Lakin musiqi bəstələdiyinə
görə, çox təzyiqlərlə üzləşdi
və axırda prokurorluq sistemindən istefa verdi.
Musiqini vəzifəsindən üstün
tutdu. Ələkbər Tağıyevə qarşı olan təzyiqlərin, hücumların
başlıca səbəbi
onun istedadı idi. Ulu tanrının vergi
kimi ona bəxş etdiyi fitri istedada çoxları paxıllıq
edirdilər. Çünki peşəkar bəstəkarın
3-4 günə bəstələdiyi
mahnını o 2-3 dəqiqəyə
bəstələyirdi. Həmin 2-3 dəqiqəyə hazır
olan mahnı sonradan dillər əzbəri olurdu. Bu da əlbəttə
ki, çoxlarının
ürəyincə deyildi.
Bir zamanlar Ələkbər Tağıyevin Azərbaycan
Bəstəkarldar İttifaqına
üzv olması gündəmə gələndə,
o dövrün məşhur
bəstəkarları buna
qarşı çıxıb
imkan vermədilər.
İndi isə vaxtilə ona düşmənçilik
edən diplomlu bəstəkarlar "əşi,
o Baqramyanın bacısı
qızı il evlənmişdi. Ona görə,
hər yerdə ona yaşıl işıq yanırdı..."
kimi sözlər deməkdən sanki həzz alırlar. Dünya heç də yaxşı insanlardan xali deyil. Rəhmətlik maestro Niyazi onu
SSRİ Musiqi Fondunun üzvü seçdirir.
Haşiyə":: Deyilənə
görə, Qara Qarayev Azərbaycan Bəstəkarlar İttifaqının
sədri olanda, mərhum Heydər Əliyevin "Bəstəkarlar
İttifaqının fəxri
üzvü" seçilməsi
məsələsi gündəmə
çıxanda, o, Ələkbər
Tağıyevin Bəstəkarlar
İttifaqına üzv
seçilməsini təklif
edibmiş. Ələkbər Tağıyevin musiqimizdə
böyük xidmətlərindən
biri də istedadlı müğənnilər
yetişdirməyidir. Bu gün Azərbaycan ifaçılıq sənətinin
öncüllərindən olan
xalq artistləri Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə,
əməkdar artist Nisə
Qasımova, müğənni
Kəmalə Rəhimli
məhz Ələkbər
Tağıyevin yetişdirdiyi
müğənnilərdir. Bundan başqa Azərbaycanın
korifey müğənniləri
Rəşid Behbudov, Şövkət Ələkbərova,
Gülağa Məmmədov,
Sara Qədimova və digərləri onun bəstələrinin ifaçıları
oldular. Müğənnilik sənətinə üz tutan gənclər
onun bəstələdiyi
mahnılarla özlərini
sınadılar. Təssüflər
olsun ki, bu gün "müğənnilkdən uzaq"
bəzi oxuyanlar Ələkbər Tağıyevin
mahnılarına müraciət
edirlər...
Üç
nöqtə.-2006.-27 dekabr.-S13.