Ələsgərli K.
Ürək mahnıları
bəstəkarı...
Azarbaycan Milli
Konscrvatoriyasi nəzdindəki Musiqi Kollecində Azərbaycan
musiqi mədəniyyətinə bənzərsiz
töhfələr vermiş bastəkarımız Tofiq Quliyevin
yaradıcılıq gecəsi keçirilib.
Tofiq Quliyev Üzeyir
bəy Hacıbayov məktəbinin layiqli davamçısı
kimi xalq musiqi sənətinə möhkəm bağlı
olduğunu əsərlərində parlaq şəkildə
nümayiş etdirən sənətkarlarımızdandır. Böyük
bəstəkar öz yaradıcılığında milli
musiqi folkloru ilə klassik musiqi ənənələrinə
arxalanaraq müxtəlif janrlarda qiymətli əsərlər
bəstəlmişdir. Ustad bəstəkarın
əsərlərinin musiqi dili səlis və sadə
forması aydın, harmoniyası ürəyəyatımlı
melodiyaları zəngin və təravətlidir.
Musiqi dilinin
rəngarəngliyi obrazların poetikliyi, lirikliyi, hisslərə
təsir etmək bacarığı T.Quliyevin bəstakarlıq
təxəyyülünü səciyyələndirən
başlıca xüsusiyyətlərdir. Yaradıcılığının
əsas janrı olan lirik mahnı jann isə bəstəkara
əsl söhrət qazandırmışdır. Mahnı
janrında mahsuldar çalışan Tofiq Quliyevin mövzu
dairəsi geniş va əhəmiyyətlidir.
Öz məşhur
mahnıları ila Azərbaycan vokal sənətinin
qızıl fondunu taşkil eden bu görkəmli sənət
ustasının nəğmələri sözün həqiqi mənasında
Ürək mahnılarıdır. T.Quliyevin milli koloritli
mahnılarında vacib xüsusiyyət odur ki onun mahnıları
istər orta, istərsə də yaşlı nəsil
musiqisevərlər tərəfindən eyni
dərəcədə rəğbətlə
qarşılanır.
Tofiq Quliyev mahnılarının
xalq arasında sevilməsinin səbəblərindən biri də
onların incə lirika, obraz-emosional xarakterizə
olmasıdır. Bəstəkarın "Sənə
qalmaz", "Qızıl üzük",
"Darıxma", "ilk ba har", "Kipriklərin
kölgəsi", "San mənim, mən sənin" kimi
mahnıları bu səpkidədir.
Böyük bəstəkarın
200-dən artıq mahnısı bu günkü nəsil
musiqiçiləri tərəfindən də
sevilə-sevilə ifa olunur. Musiqi Kollecindaki tədbirdə
də Tofiq Quliyevin bir-birindan gözəl mahnıları
kollecin taləbə heyəti tərəfindən böyük
məharətlə ifa olunur.
Musiqi kollecindəki
tədbirdə də Tofiq Quliyevin biri birindən gözəl
mahnıları kollecin taləbə heyəti
tərəfindən böyük maharətlə ifa olundu.
Kollecin Xalq Çalğı
Alətləri fakültəsinin IV kurs
tələbələri - Əziz Kərimov, Aynur Əzizova,
Rəmayə Şıxəliyeva, Emil Məmmədov, Valeh
Cavadov, Ədalət Behbudov, Malik Həsənov, Kənan
Əsədov, Yalçın Məmişov, Gülşən
Eyvazova, İsa İmanov və digərləri öz ifaları
ilə Tofiq Quliyev musiqisindəki həyatsevər, nikbin, ganclik
təravəti, səmimi və emosional aləmi çox böyük
dəqiqliklə ifada etdilər.
Bəstəkarın
yaradıcılıq gecəsində onun bir ictimai xadim kimi
respublikamızın mədəni hayatında böyük rol
oynamasından, onun idarasi altında bəstəkarlıq
plenumları, musiqi festivalları, müxtəlif səpkili
tədbirlərin keçirilməsindən də
danışıldı.
Kollecin təlebələri
gecədə bəstəkarın ən yaddaqalan
mahnılarından bir çoxunu - "Görüş"
kinofilmindən "Vals", "Axşam mahnısı",
"ilk bahar", "Sevinc mahnısı", "Sən
mənim, man sənin", "Qəmgin mahnı", "Tez
gəl" va digərlərini ifa etdilər.
Konsert Musiqi Kollecinin
müəllim və tələbə heyəti
tərəfindən böyük rəğbətlə
qarşılandı. Kollecin müdir müavini Gülzar
xanım Hatemzada, nəzəriyyə şöbəsinin
müdiri Elvira xanım Teymurova yaradıcı gənclərin
hazırladığı konsert proqramını yüksək
qiymətləndirərək onlara yeni-yeni
yaradıcılıq uğurları arzuladılar.
Gözəl mahnı
ustası Tofiq Quliyevin keçdiyi mənalı
yaradıcılıq yolu hər bir gənc musiqiçi
üçün gözəl örnəkdir. Bastəkarın
yaradıcılıq gecəsində çixiş edən
kollecin gənc, istedadlı tələbələri öz
yaddaqalan çıxışları ilə bu gün
bastəkarın musiqi ideyalarını yaşatmaqdadırlar.
Yaradıcılıq –
zəhmətə qatlaşmaq, arayıb-axtarmaq deməkdir. Biz
gənc musiqiçilərimizə sevimli bəstəkarın
yaradıcılığından ilhamlanıb yorulmadan
axtarış-tapıntılı yaradıcılıq
uğurları arzulayırıq.
Ekspress.- 2006.- 2-4 dekabr.- S. 19.