Məmmədhəsən
4 saylı incəsənət məktəbində
böyük inkişaf
var
Təhsil ocağının 40 illik yubileyi keçirilib
Binə qəsəbə
24 saylı uşaq musiqi məktəbinin direktoru Faiq Quliyev öz xatirələrindən söhbət
açıb. O, qeyd edib ki, mən
ilk əmək fəaliyyətimi
19 saylı uşaq musiqi məktəbində başlamışam. Mən
çox şadam ki, bu gün
işlədiyim məktəbin
40 illik yubileyini qeyd edirlər.
Bakı şəhər
Mədəniyyət və
Turizm idarəsinin rəisi, əməkdar incəsənət xadimi Həsənağa Qurbanov çıxış edərək
qeyd edib ki, mənim 5 illik Bakı şəhər Mədəniyyət
idarəsinin rəisi vəzifəsində işlədiyim
vaxtdan indiyə kimi Bakı kəndlərinin uşaq musiqi və incəsənət məktəblərinə
həddən artıq
qayğılarım göz
qabağındadır. Bakı
şəhər Mədəniyyət
idarəsində olan mebel dəstləri Buzovna qəsəbə 4 saylı uşaq incəsənət məktəbində
də vardır. Buzovna 4 saylı uşaq incəsənət
məktəbi heç
də şəhər
məktəblərindən fərqlənmir. Bunun da səbəbi vardır. Respublikamızın
prezidenti İlham Əliyev həmişə
mədəniyyətə, təhsilə,
səhiyyəyə diqqətlə
yanaəşır. Onun
xidmətlərinin sayəsində
Bakı şəhər
uşaq musiqi məktəbləri günü-gündən
inkişaf edir. Respublika mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin xidmətlərini alqışlamaq, lazımdır.
Nazir ( Bakı şəhər uşaq musiqi məktəblərinin
direktorları ilə görüş təşkil
etdi. Bizim ürək sözlərimizi
eşidib, dinlədi. Buzovna qəsəbəsi 4
saylı incəsənət
məktəbinin şagirdlərinin
çıxışı
sübut etdi ki, bu məktəbdə
böyük inkişaf
var. Buzovna qəsəbasindən
öz şöhrəti
ilə ad qazanan, uzun illər Asəf Zeynallı adına Musiqi Texnikomunun müəllimi işləmiş Nrəiman
Əliyev, Kamil Cəlilov, Arif Əsadullayev, aktyor Mirzə, kaman ustası Mirnazim kimi sanatkarlar
yetişmişdir. Hal-hazırda
gənc nəsillər
belə sənətkarların
davamçılarıdır. Buzovna qəsəbə 4 saylı incəsənət
məktəbinin direktoru
70-ci illərdə kaman
ustası kimi ad qazanmış. Yusif müəllimin əməyini
həmişə qiymətləndirmişik.
Bakı şəhər
Mədəniyyət və
Turizm idarəsi tərafindən 4 saylı
incəsənət məktəbinin
bir qrup müəllimlərini yaxşı
işlədiklərinə görə
və məktəbin yubileyi münasibəti ilə fəxri fərmanla və pul hədiyəsi ilə mükafatlandırırıq.
Mən bir daha məktəb müəllimlərimi, şagirdləri,
valideynləri 4 saylı
incəsənət məktəbini
yubiley münasibətilə
təbrik edib onlara can sağlığı
arzu edirəm. Biz məmurların vəzifəsi
isə dövlətimizə
layiqli qulluq etməkdən ibarətdir.
Fürsətdən istifadə
edib yubileydə iştirak edan bir qrup ziyalılardan
müsahibə aparmağı
özümə borc bildim. İlk öncə A.Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim müəllimə yaxınlaşdım.- Nazim müəllim, bu gün siz Buzovna
qəsəsbə 4 saylı
incəsənət məktəbinin
yubileyində iştirak
etdiniz. Şagirdlər
böyük konsert verdilər. Siz musiqi kollecinin direktoru kimi hansı təəssüratlarla
ayrılırsınız?
- Çox yaxşı təəssüratla
ayrıldım. Ona görə ki, bu məktəblə mənim çoxdan tanışlığım var. Hər il o məktəbin
məzunlarından bizim
məktəbə qəbul
olunurlar. QIXIS edənlərdən
Kifayət, Mətanət
Dadaşova bacıları
bizim kollecin məzunlarıdırlar. Sonra
Ülviyyə Rəhimova,
Rəşad Babayev də bizim məzunlarıdırlar.
Buzovna incəsənət
məktəbinin direktoru
Yusif müəllim ancaq güclü kadrların bizə yönəldir. İstedadı
olanların hamısı
gəlib qəbul olunurlar. Geri qayıdan olmayıb. Buzovnadan
20-yə kimi tələbələr
bizim məktəbdə
təhsillərini davam
etdirirlər. Konsertdə
iştirak edən şagirdlərin istedadları
bizi valeh etdi. Biz belə istedadlı uşaqların
gələcəyinə ümid
bağlayırıq və
uğurlar arzulayırıq.
Vaqif Mustafazadə
adına incəsənət
məktəbinin müəllimi
Akif Quliyev:
- Mən 37 il Mərdəkan qəsəbəsində 17 saylı
uşaq musiqi məktəbində direktor
vəzifəsində çalışmışam.
Buzovna uşaq musiqi məktəbi Mərdəkan uşaq musiqi məktəbinə yaxındır. Biz həmişə
Yusif müəllimlə
həmrəy olmuşuq.
Bütün konsertlərdə
bir yerdə çalışmışıq. Mən deyə bilərəm ki, Buzovna 4 saylı incəsənət məktəbi
ildən ilə yaxşılaşır. Sağ
olsun Yusif müəllim. Çox gözəl kollektiv yaradıb. Uğurlar arzulayıram.
Mədəniyyət və Turizm Nazirliyi Elmi Metodik Mərkəzin
müdiri. Seyid Hacıyev:
- Biz bu konsertdan xoş
təəssüratla ayrılırıq.
Bu məktəbin 40 illiyinin
36 ili mənim gözlərimin önündə
keçib. Şagirdlər
əvvəl də var idi.
Lakin bu son ildə Buzovna 4 saylı incəsənət
məktəbinin uğurları
bizi həddən artıq sevindirir. Şagirdlər musiqini elə gözəl ifa etdilər ki, mənim uçmağa qanadım yox idi. Sağ
olsun məktəbin direktoru Yusif müəllim. Ümumiyyətlə,
Bakı uşaq musiqi və incəsənət məktəblərinin
son illər uğurları
biz mütəxəssisləri çox sevindirir. Bunun da əsas
səbəbi vardır.
Səbəb odur ki, Bakı Şəhər
Mədəniyyət və
Turizm idarəsinin rəisi Həsənağa
Qurbanov sırf musiqişünas direktordur.
Bütün məktəblərin
konsertində iştirak
edir. Konsertdən sonra həmin konserti təhlil edir. Kim necə gəldi, necə oxudu. Həsənağa müəllimin iradından
sonra ikinci dəfə istər müəllim, istərsə
də şagird öz səhvlərini düzəldir. 5 il qabaq belə istedadlı şagirdlər
yox idi. İndi elə bil ki, şagirdlər
360 dərəcə dəyişiliblər.
Harda tələbkar rəhbər varsa, orda mütləq işlər öz qaydasında gedəcəkdir.
Mən məəttəl
qaldım. Belə şagirdləri olan müəllimlərə eşq
olsun deyirəm. Sağ olsun Həsənağa müəllim
ki, 5 ildə əziyyəti puç olmadı. Həsənağa
müəllim çox
tələbkar rəhbərdir.
O ki, Bakı Şəhər uşaq və incəsənət məktəblərini ön
cərgəyə ki, çıxartdı. Mən
ona halal olsun deyirəm. Mən də öz növbəmdə bütün kollektivi təbrik edirəm.
Bakı Şəhər
Mədəniyyət və
Turizm idarəsinin rəis müavini Novruz Aydəmirov:
- Bu uşaqların belə böyüməsi mənim
gözlərimin qabağında
olub. Məktəbin açılması da mənim xatirəmdədir.
Məktəb il-ildən
inkişaf edir. Mən inanıram ki, o boyda kollektivlə
bundan sonra da daha yaxşı
tədbirlər keçirəcəklər.
Uşaqların çıxışı
göz qabağında
oldu. Mən bütün müəllimləri
şagirdləri təbrik
edirəm. Bayram ərəfəsində şagirdlərin
sevinci bizim sevincimizdir.
Maştağa qəsəbə
10 saylı uşaq musiqi məktəbinin direktoru Qafar Nuriyev Maştağa kəndi ilə Buzovna kəndi qonşudurlar. Buzovna məktəbinin sevinci Maştağa məktəb
kollektivinin sevincidir.
Bu gün Buzovna 4 saylı uşaq incəsənət məktəbinin
40 illik yubileyinə Maştağa kənd əhalisi də iştirak etməyə gəliblər. Yusif müəllimin əməyi
bütün zalda oturan iştirakcıları
sevindirir. Sag olsunlar.
Hövsan qəsəbe
21 saylı uşaq musiqi məktəbinin direktoru Mətləb Babayev:
- Biz bu tədbirə baxanda sevindik. Bu məktəbin uğurları
bizim uğurumuzdur. Onların bu çıxışı bizə
örnəkdir. Mən
də 37 saylı uşaq musiqi məktəbinin kollektivinin
adından yubiley münasibətilə 4 saylı
uşaq incəsənət
məktəbinin kollektivini
təbrik edirik. Arzu edirik ki,
bundan da yaxşı çıxışlar
etsinlər.
Azad Azərbaycan.- 2006.- 24 dekabr.- S. 6.