Mənsum İbrabimov musiqi festivalına
dəvət olunub
Xalq artisti Mənsum İbrahimov Norveç paytaxtında üç günlük konsert proqramı ilə çıxış edib. Xanəndə
bildirib ki, konsertdə onu musiqiçilər
- Elçin Həşimov və Elnur
Əhmədov müşayiət edib: "Norveç səfərim
gözlədiyimizdən də uğurlu keçdi.
Səfər
çərçivəsində Norveç Konservatoriyasının müəllim və tələbə heyəti ilə görüşlərimiz oldu. Bundan başqa, Azərbaycan musiqisi ilə əlaqədar master-klasslar da təşkil olundu". M.İbrahimov bildirib ki, konsert və görüşlərdə Milli Musiqi Konservatoriyasının rektoru, bəstəkar Siyavuş Kərimi də iştirak edib. Xanəndənin sözlərinə görə, konsertdən öncə Norveç rejissorlarının Azərbaycanla bağlı çəkdikləri film nümayiş etdirilib. Qeyd edək ki, M.İbrahimov gələn ilin noyabrında Norveçdə keçiriləcək beynəlxalq musiqi festivalına dəvət olunub.
Elm, təhsil və
həyat.- 2006.- 8 dekabr.- S.8.