Xatun
Konstantin Raykinin
«Üns» teatrında monotamaşası
Kontrabasçı: "Musiqi alətini həm sevirəm, həm də ağır bir yük kimi ona
nifrət edirəm "
Dekabrın
7-də "Üns" Teatrın
yeni proqramını təqdim edib.
Telekanallardakı anonslardan
bəlli olduğu kimi, həmin gün Rusiyanın xalq artisti, iki
dəfə "Qızıl
maska" mükafatı,
Stanislavski, "Büllur Turandot"
və "Kumir" mükafatları laureatı,
"Satirikon" Teatrının
bədii rahbəri Konstantin Raykinin iştirakı ilı
"Kontrabas" adlanan
monotamaşa nümayiş
etdirilib. Qeyd edək ki, aktyorun yazıçı Patrik Zyuskinin pyesi əsasında hazırladığı monotamaşa
1999-cu ildə moskvalı
rejissor Yelena Nevejina tərəfindən
səhnəyə qoyulub.
Artıq
bir neçə ölkənin səhnəsində
nümayiş etdirilən
və böyük rəğbətlə qarşılanan
"Kontrabasçı" Azərbaycanın teatr səhnəsində də
göstərildi. Xatırladaq ki,
bu tamaşaya görə aktyor "Qızıl maska" mukafatına layiq gorülüb. Çıxışından sonra mətbuat
işçiləri ilə
görüşən Konstantin
Raykin, eyni zamanda, Moskva Dövlət Orkestrinin musiqiçisi olduğunu qeyd etdi. Kontrabasçı bildirdi ki,
o, orkestrdə üçüncü
skripkadan sonrakı yeri tutur. O öz musiqi alətini həm sevdiyini, həm də ağır bir yük kimi
ona nifrət etdiyini zarafatla bildirdi: "Hər çıxışım zamanı
tamaşaçı salonu
ilə təkbətək
qalıram. Çalışıram ki, iddialı
və ağıldankəm
bir cılız adamın obrazını olduqca təsirli yaradım".
Ayna.- 2006.- 9 dekabr.- S.19.