Muğamsevənlər cəmiyyəti

 

Masallı şəhərində "Muğamsevənlər" MMC fəaliyyətə başlamışdır.

Cəmiyyətin məqsədi rayonda muğamlarımızı təbliğ etmək, istedadlı ifaçıları üzə çıxarmaq, muğam ustalarının iştirakı ilə musiqi məclisləri və konsertlər təşkil etməkdir.

Qurumun nəzdində muğam məktəbi də fəaliyyət göstərəcəkdir. Məktəbi bitirənlərə Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi diplomlar veriləcəkdir.

 

Yaddaş.- 2006.- 9 dekabr.- S.2.