Nicat Əlisa

 

Dünya Musiqisinin 25 ən parlaq incisi

12. Asəf Zeynallı, “ÖlkəmSualromansları

 

Mən bilmirəm Allah ya təbiət dahiləri niyə yaradır. Üstəlik, Asəf  Zeynallı kimi onları qönçə ikən öldurəndə lap çaşıb qalırsan. Axı bu, varlığın, təsəvvür edilən Allahın məntiqinə uyğun gəlmir. Əgər bu bir təsadüfün nəticəsidirsə Allah burda bir rol oynamırsa, bu da deyilənlərə uyğun gəlmir. Amma mən bu işdə insanların doğuluşu ölümündə xüsusilə onun müddətində heç cür Allahı qınaq obyekti saya bilmirəm. Bu sahə yəqin ki, əvvəlcədən onun maraq dairəsində deyil. Qətiyyən. Həyatada qalibiyyət məğlubiyyətlər kimi, ömrün müddəti tamamilə təsadüfi adlandırılan insan ağlının davranışının nəticəsidir.

Aristotel təsadüfi hadisələri varlığa aid etmir. Asəf Zeynallının 23 yaşında Bakıdan uzaqlarda tif xəstəliyinə tutulub olması yay günündə soyuq hava kimi təsadüfi bir antitəbiilikdir.

Bütün günü hər yerdə, ictimai həyatın bütün dairələrində üzləri meymun it üzündən çox az fərqlənənlər qarşok məhsulundan başqa heç istehsal etməyən milyonlarla ikiayaqlı məxluqlar 60, 70, 80 il yaşasın, üzündən alicənablıq, nəciblik işıq saçılan Asəf Zey­nallı isə cəmi 23 il yasasın? Axı o, heç olmasa 10 il yaşasaydı, nələr yaradardı. Çunki olümünə qədər yaratdıqları ancaq sanki Allahlar üçün yazılan gözəlliklər zərifliklərdir.

Yox, onu Allah öldürməyib, çünki o, qatil deyil. "Ölkəm" "Sual" romansları bütün gözəlliklər kimi xalq üçün yaradılmayıb. Küçədə, bazarda, lap məktəblərdə idarələrdə qədər adamdan bu gün soruşsan ki, "Sual" romansını bilir ya eşidibmi, deyəcak ki, yox. Bəli, çünki bu romans xalq kütlə üçün yaradılan qida deyil.

Ümumiyyətlə, hətta deyərdim ki, artıq bizim gənclər, lap musiqi ilə məşğul olanlar üçün "Sual " romansı, onun gözəlliyi zərifliyi Çin musiqisi kimi yabançi mənasızdır. Çünki onlar üçün doğmalıq gözəllik ar­tıq bayağılıqdadır.

Zövqsüzlük, bayağılıq, uzun-uzadı ucuz sızıltılar, çəpiş mələmələri - xalqımızın gəncliyimizin bu günkü musiqi qidasıdır.

Əgər Azərbaycana 2-3 gözəl mahnı musiqi həsr olunubsa, onun har iki mənada birincisi "Ölkəm" romansıdır. Ondan parçalar radio televiziya verilişlərində hələ arabir eşidilir, "Sual" tamamilə unudulub, Bitlz kasetlari isə 30-40 il keçməsinə baxmayaraq, hələ dəbdədir. Bilirsizmi niyə? Çünki küçələr romansın pərəstiş obyekti olan məxluqlarla doludur. Qiyməti 100 dollar.

Meyvə agacları, bostan məhsulları calaq olunub yeni, gözəl sortlar almır, insan övladları isə yox. Halbuki  həyatın gələcək saflığı, təbiiliyi, ucalığı üçün burda daha çox lazımdır. Axı bütün dünyada nəsillər dəyişdikcə cırlaşma daha da artır.

Artıq Almaniya Fransada Nişte Lebonlar doğulmur, eləcə Motsart Bethovenlər.

Qədim Yunanıstanda Olimpiya oyunları zamanı Platon stadiona girəndə bütün xalq tamaşaçılar ayağa qalxıb onu alqışlayarmış.

Ədalətsizlik hər yerdə olub, belə ki, Balzak 3 dəfə Fransa Akademiyasına namizədliyini irəli sürsə , heç birində keçməyib, amma o vaxt akademik olanların kimliyini bu gün heç cür müəyyən edə bilmirlər.

Bununla bela, heç yerdə bizdəki qədər eşşəklər xosbəxt deyil. Bu da təbiidir.

Bəli, Asəf Zeynallının cəmi bir konsertlik əsərləri var. Axı o, cəmi 23 il yaşayıb. Amma bu əsərlər, onun uşaq  pyesləri hər dəfə səslənəndə şəxsən mən özümü yayda ən uca yaylağa düşmüş kimi hiss edib təmizlik saflıqdan üşüyürəm.

Amma "Sual" romansi... adamı yandırıb cızdağını çıxarır.

 

Hüriyyət.- 2006.- 11-13 dekabr.- S. 7.