Rüstəm Z.
Musiqiçilərimiz
Berlioz Festivalında çıxış ediblər
Fransanın
görkəmli bəstəkarı Hektor Berliozun
doğulduğu Qrenobl şəhərinin Kot Sant-Andre
qəsəbəsində hər il bəstəkara həsr
olunmuş festival keçirilir. Festivalın
təşkilatçısı bəstəkarın həmyerlisi,
İzer departamentinin fəxri senatoru Jan Buayenin rəhbərlik
etdiyi Berlioz Festivalının Dostları
təşkilatıdır. Hər
il tədbirə dünyanın müxtəlif
ölkələrindən məşhur
musiqiçilər dəvət
olunurlar. Jan Buaye bəstəkarın
anadan olmasının
203-cü ildönümü münasibəti ilə keçirdiyi növbəti
festivalın açılışındakı
çıxışında Azərbaycan musiqiçilərinin
tədbirdə iştirak
etdiklərini xüsusi
vurğulayaraq, respublikamız
haqqında tədbir iştirakçılarını məlumatlandırıb. O, Azərbaycanın zəngin
musiqi ənənələrindən,
istedadlı musiqiçiləri
haqqında söz açaraq, Rəşid Behbudov, Vaqif Mustafazadə və başqalarının adını
qeyd edib.
Festivalda
çıxış edən
Azərbaycan Milli Orkestrinin gənc solistləri Anar İbrahimov (viola), Fuad İbrahimov (alt), Kira Qolubeva
(piano) və Sergey Suvrov (kontrabas) iki hissədən ibarət konsertdə Hendel, Kreysler, Motsart, Ştraus və Berliozun əsərləri
ilə yanaşı Azərbaycan bəstəkarları
Üzeyir Hacıbəyovun,
Qara Qarayevin və başqalarının
musiqi parçalarını
ifa ediblər. Onların çıxışını
yüksək qiymətləndirən
festival təşkilatçıları
musiqiçilərimizə mükafat
və diplomlar təqdim edib. Qeyd edək ki, tədbirin təşkilində Azərbaycan-Fransa Gənclik Assosiasiyası da yaxından iştirak etmişdir
Ayna.-2006.-21 dekabr.-S.8.