Səkinə İsmayılova BƏƏ-dən qayıdıb

Xanəndə Qətərdə konsert verib

 

Xalq artisti Səkinə İsmayılova Birləşmiş Ərəb Əmirliklərindən qayıdıb. Xanəndənin "Olaylar"a verdiyi məlumata görə, sənətkar Qətərdə 14 konsert proqramı ilə çıxış edib: "Qətərdə Şərq ölkələri xalqlarının olimpiadası keçirilirdi. Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 14 konsert proqramı gerçəkləşdirdik". Ssmayılovanın sözlərinə görə, konsert "Cəngi" folklor ansamblı və xanəndələr İsmayıl Həmidovla Mircavad Cavadovun iştirakı ilə baş tutub. Konsertdə muğam, xalq mahnıla səsləndirilib.

 

Üç nöqtə.- 2006.- 22 dekabr.- S. 13.