Uğur-2006» öz sahiblərini tapdı

Fidan Qasımova «şərəf ləyaqətə görə» mukafatlandırıldı

   Hər ilin sonunda müxtəlif qurumlar «ilin ən yaxşısı» müəyyənləşdirirlər. Əsasən sənət adamları, elm xadimlərinə mükafatlar təqdim edirlər. Belə bir təqdimetmə mərasimi ötən gün R.Behbudov adına Dövlət Mahnı Teatrında keçirildi. Milli Mədəniyyətin Təbliği Mərkəzinin təsis etdiyi «Uğur-2006» mükafatı öz sahiblərini tapdı.

Beləliklə, xalq artistləri Fidan Qasımova Arif Məlikov «Şərəf ləyaqətə görə» mükafatına layiq görülüblər.Tanınmış rejissor Mərahim Fərzəlibəyov «Quruluş verdiyi tamaşalara görə», şair Ağa Laçınlı «Ədəbi elmi fəaliyyətinə görə», xanəndələr Sabir Abdullayev Əyyub Quliyev «Konsert fəaliyyətinə görə», əməkdar artist Sənubər İskəndərli «İfa etdiyi rollara görə» nominasiyaları üzrə «Uğur-2006» mükafatına sahib oldular.

Prizlərin təqdimetmə mərasimi konsert proqramıyla davam etdi.

 

 

Güendəlik Azərbaycan.-2006.-23 dekabr.-S.13.