Vətənpərvərlik mahnısı festivalına yekun vurulmuşdur
Dekabrın 14-də
Dövlət Musiqili Komediya Teatrında Gənclər və
İdman Nazirliyinin təşkilatçılığı ilə
keçirilən "Hünər" II vətənpərvərlik
mahnısı festivalının qaliblərinin yekun konserti və
mükafatlandırılması mərasimi olmuşdur.
Konsertdən əvvəl
Gənclər və idman naziri Azad Rəhimov laureatları təbrik
edərək bildirmişdir ki, festival gənclərimizin ən
yaxşı keyfiyyətlərini üzə
çıxarmışdır. O, gənclərə 2007-ci ildə
yeni uğurlar və yaradıcılıq qələbələri
arzulamışdır.
Festival "Azərbaycan gəncliyi
Dövlət Proqramı (2005-2009-cu illər)" çərçivəsində
təşkil olunmuşdur. Seçmə müsabiqə
dekabrın 13-14-də "Gənclik" Beynəlxalq Turizm Mərkəzində
iki mərhələdə keçirilmişdir. Müsabiqədə
30 istirakçı mübarizə aparmışdır.
Birinci yerə Cavahir
Abdulova (Suraxanı rayonu), ikinci yerə Rafael Cəfərov
(Yasamal rayonu) layiq görulmüşlər. Birinci yeri Şəkili
Elvin Əhmədov tutmuşdur. Qaliblər fəxri fərmanlarla
və hədiyyələrlə
mükafatlandırılmışlar.
Sonda Azərbaycan
estradası artistlərinin iştirakı ilə konsert
olmuşdur.
Respublika.- 2006.- 15 dekabr.- S.4.