Zəminə

 

Vasif Adıgözəlova həsr olunmuş plenum

 

   Xalq artisti, bəstəkar Vasif Adıgözəlovun xatirəsinə həsr olunmuş plenum dünən başa çatdı. Bu münasibətlə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tədbir keçirildi. Bəstəkarlar İttifaqı idarə heyətinin katibi Ramiz Zöhrabov plenumun Dövlət xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlərə həsr olunduğunu iki gün ərzində Azərbaycan bəstəkarlarının əsərlərinin səsləndirildiyini xatırlatdı.

   Konsertdə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestri (bədii rəhbər baş dirijor Ağaverdi Paşayev) Üzeyir HacıbəyovunKoroğluoperasındanUvertüra”nı, Vasif Adıgözəlovun fortepiano orkestr üçünKonsert”ini (II-III hissələr), “Qərənfilmahnısını s. əsərləri ifa edib. Solo hissələri xalq artisti, tarzən Ramiz Quliyev, solistlər Oksana Aslanova, Svetlana Əhmədova, beynəlxalq respublika müsabiqələrinin laureatı Sahib Paşazadə oxuyublar.

 

Gündəlik Azərbaycan.-2006.-27 dekabr.-S.14.