Mədəniyyət və Turizm naziri
Zeynəb Xanlarovanı ad günü münasibəti ilə təbrik etmişdir
Dekabrın 28-də
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev
Milli Məclisin deputatı, Xalq artisti Zeynəb Xanlarovanın
mənzilinə gələrək, onu ad günü və
"İstiqlal" ordeninə layiq görülməsi
münasibətilə təbrik etmişdir.
Əbülfəs Qarayev
Zeynəb Xanlarovaya gül dəstəsi təqdim etmiş, ona
rəsm əsəri bağışlamışdır. Nazir
Zeynəb Xanlarovanın Azərbaycan musiqisinin inkişafında
və təbliğində xidmətlərini həmçinin
Milli Məclisin deputatı kimi fəaliyyətini qeyd etmiş,
Prezident İlham Əliyevin 2006-ci il 26 dekabr tarixli sərəncamı
ilə görkəmli müğənninin "İstiqlal"
ordeninə layiq görüldüyünü və yüksək
mükafatın dekabrn 28-də şəxsən ölkəmizin
başçısı tərəfindən ona təqdim olunduğunu
vurğulamışdır.
Z.Xanlarova ümummilli
lider Heydər Əliyevin, onun siyasətini layiqincə davam etdirən Prezident Ilham
Əiyevin mədəniyyət və incəsənət
xadimlərinə göstərdikləri diqqət və qayğıdan
danışmışdır. O, aldığı bütün
mükafatlara, fəxri adlara görə şəxsən ulu
öndər Heydər Əliyevə borclu olduğunu
söyləmiş, SSRİ xalq artisti adının ona
verilməsində ümummilli liderin qətiyyətli
səylərini diqqətə çatdırmışdır. Sənətkar
üçün ən qiymətli mükafatın xalqın
istəyi olduğunu söyləyən Z.Xanlarova, bundan sonra da
Azərbaycan musiqisini xarici ölkələrdə
təbliğ edəcəyini bildirmişdir.
Xalq qəzeti.- 2006.- 29 dekabr.- S. 4.