Zəminə
Gürcüstan Kinoaktyor Teatrı Azərbaycanda səfərdədir
Tamaşalar "İbrus"
Teatrında nümayiş
etdirilir
Gürcüstan Kinoaktyor Teatrı ölkəmizə
qastrol səfərinə
gəlib. Səfərdə
məqsəd Azərbaycanla
Gürcüstan arasında
mədəni əlaqələri
inkişaf etdirmək çərçivəsində yeni proqramlarla çıxış etməkdir.
Mədəniyyət və
Turizm Nazirliyinin mətbuat xidmətindən
verilən məlumata görə, teatrın ölkəmizə səfəri
dekabrın 15-də başa çatacaq.
Teatrın yaradıcı
kollektivinin ilk çıxışı "İbrus"
Teatrında olub. Gürcü aktyorlar "Vida günü" (rus dilində) və "Azad cütlük" (gürcü
dilində) tamaşasını
nümayiş etdiriblər.
Ötən gün isə Gürcüstan Kinoaktyor Teatrının ifasında ingilis dilində "Paltar" tamaşası nümayiş
etdirilib. Bu gün tamaşaçılar
rus dilində "Mənim nəslimin avtoportreti" tamaşasını
izləyəcəklər. Mətbuat
xidməti əməkdaşının
məlumatına görə,
bütün tamaşaların
nümayişi "İbrus"
Teatrında nümayiş
olunacaq. Qeyd edək ki, Gürcüstan
Dövlət Teatrının
kollektivi Bakıya Rüstəm İbrahimbəyovun
dəvəti ilə gəlib.
Ayna.-2006.-15 dekabr.-S.8.