Nəzakət
Sənətinin Məcnunu
dünyasını dəyişdi
Baba Mahmudoğlu musiqisevərləri səsinin
sehrində yandıraraq
yaşatmışdır
Azərbaycan musiqi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış
müğənni, muğam
ifaçısı, Azərbaycan
Respublikasının xalq
artisti, prezident təqaüdçüsü Baba Mahmud oğlu Mirzəyev (Baba Mahmudoğlu)
ömrünün 66-cı ilində
vəfat etmişdir. Azərbaycan milli musiqisinin özünəməxsus səsi
ilə təbliğatçılarından
birina çevrilən
Baba Mahmudoğlu uzun bir yaradıcılıq yolu keçərək, sənət fədailəri
kimi bu aləmda
yaşayıb, musiqisevərləri
də səsinin sehrindan yandıraraq yaşatmışdır. Həqiqətən də, Baba Mahmudoğlu səsinin sehrindən saysız insanları cəmləşdirə bilmişdir.
Onun avazı, səs tembri, daxili dünyasının əks-sədası
idi. Bu aləmdə
sənətinin Məcnununa
çevrilən Baba Mahmudoğlu
fəlsəfi fikirləri
ilə dünya klassiklərinin qəzəllərinə
varıb, onların bədii mahiyyətini üzə şıxarmağa
çalışmışdır.
Onun səsi kimi sənət aləmi ilə bağlı fikir və görüşləri
də maraqlı və təkrarsız idi. Baba Mahmudoğlunun kiçik yaşlarından
sənətə olan vurğunluğu onun böyük bir ali məqsədinə
qovuşdurmuş, müğənni
kimi xalq arasında tanınmasına
səbəb olmuşdur.
Gənclik dövrünün ilk illərində qeyri bir ixtisasa sahib olsa da, uzun
illər qəlbinin dərinliyində yaşatdığı
amal onu bir qədər gec də olsa
musiqi düyası ilə birləşdirmiş,
bu aləmdə Baba Mahmudoğlu cisminin ruhu ilə birləşdirməyə
müvəffəq olmuşdur.
Onun ifası da, adı danışığı
da real bir aləmdən uzaqda yaşayan şəxsin ifadələri idi. Məhz bu keyfiyyətlərinə
görə Baba Mahmudoğlu
səsinin yanğısında
yaşayıb, bu aləmdə özünəməxsus
olan bir sənət məktəbinin
bünövrəsini qoya
bildi.
Xatırladaq ki,
Baba Mahmudoğlu 1940-cı il noyabrın
7-də Ağstafa rayonunun
Muğanlı kəndində
anadan olmuşdur. O,
1956-1961-ci illərdə
Azərbaycan Dövlət
Neft və Kimya institutunda təhsil almış, bir müddət öz ixtisası üzrə mühəndis
kimi çalışmış,
əmək fəaliyyətini
bu istiqamətdə davam etdirmişdir. Baba Mahmudoğlunun muğama, musiqi sənətinə olan böyük sevgisi onu təhsil
almaq həvəsi ilə Mirzə Ağa Əliyev adına Azərbaycan
Dövlət incəsənət
institutuna gətirir. Bu adi təhsil
ocağında müğənni
musiqinin sirlərinə
yiyələnib, ixtisaslı
bir kadr kimi sənət ocaqlarında fəaliyyətə
başlayır.
1967-ci ildə bu instituta
daxil olan Baba Mahmudoğlunun geniş səs imkanlarını görən və qiymətləndirən sənətkarlar
Bədii Şuranın
təklifi ilə onu 1969-cu ildə Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrına dəvət edirlər. 2005-ci ilə kimi fasiləsiz
olaraq muğam bölməsinin aparıcı
solisti kimi bir çox operalarda baş rollarda çıxış
edən xanəndə,
Üzeyir Hacıbəyovun
"Leyli və Məcnun" operasında
Məcnun, "Əsli
və Kərəm"də
Kərəm, Müslüm
Maqomayevin "Şah İsmayıl" operasında
şah İsmayil, Zülfüqar Hacıbəyovun
"Aşıq Qərib"
operasında Aşıq
Qərib, Cahangir Cahangirovun "Xanəndənin
taleyi" operasında
Mirseyid, Şəfiqə
Axundovanın "Gəlin
qayası" əsərində
Camal rolunda çıxış edərək,
parlaq, yaddaqalan səhna obrazları yaratmışdır. Hər operada
dəfələrlə çıxış
edən Baba Mahmudoğlu
partiyaların təkrarən
oynamasına baxmayaraq,
səhnəyə sanki
qəhrəmanını ilk dəfə tamaşaçıya
təqdim edirmiş kimi çıxırdı.
Bu da onun
professionallığından, sənət prinsiplərindən,
məsuliyyətindən irəli
gələn keyfiyyət
idi. Hər partiyada öz nəfəsini ifadə edən Baba Mahmudoğlu
opera teatrının, həm
Məcnunu, həm Aşıq Qəribi, həm Camalı, həm də Mirseyidi idi. Bu
obrazların opera teatrındakı
tarixindən Baba Mahmudoğlunun
imzası əbədi
olaraq həkk olunmuşdur. Teatrın salnaməsinə
ilə yazılacaq səhifələrdə, sözsüz
ki, Baba Mahmudoğlunun
öz imzası, adı olacaqdır. Azərbaycan muğamlarının, xalq
mahnılarının mahir
ifaçısı olan
müğənni uzun
illər geniş konsert fəaliyyəti ilə də məşğul olmuş,
məlahətli səsi,
özünəməxsus ifa
tərzi ilə musiqisevərlərin böyük
məhəbbətini qazanmışdır.
O, Azərbaycan milli musiqi sənətini dünyanın onlarca ölkəsinda – Türkiyə,
Nepal, Banqladeş, Hindistan,
Əlcəzair, Tunis, Zambiya,
Norveç, Avstriya, Belçika, Lüksemburq, Almaniya və İranda ləyaqətlə
təmsil etmişdir.
Azərbaycan milli musiqi sənətinin
inkişafında xidmətlərinə
görə Baba Mahmudoğlu
1982-ci ildə Azərbaycan
Respublikasının əməkdar
artisti, 1993-cü ildə
xalq artisti fəxri adlarına layiq görülmüş,
Azərbaycan Respublikası
prezidentinin fəxri təqaüdçüsü olmuşdur.
Azərbaycan musiqi sənətinin tanınmış nümayəndəsi,
gözəl insan, unudulmaz sənatkar Baba Mahmudoğlunun əziz xatirəsi bütün sənət dostlarının
və onu sevən insanların, qədirbilən xalqımızın
qəlbində daim yaşayacaqdır. Allah rəhmət
eləsin!
Səs.- 2006.- 8 dekabr.-
S.12.