Yusifoğlu
Babək
"Hanı ey zalım,
ömürlə əhdi-peyman
etdiyin"
"Bəxtim, taleyim budur, mən ki, Məcnunam"
Onun ecazkar sənəti,
əvəzsiz ifası,
opera səhnəsində yaratdığı
dolğun obrazlar haqqında cox yazılıb, çox deyilib. Əminəm ki, bundan sonra
da yazılacaq, haqqında ən xoş sözlər söylənəcək. Onun
Məcnunu, Kərəmi,
xoş səsi, gözəl mahnıları
insanların nəinki
yaddaşına, qəlbinə
həkk olmuşdu. Və Baba Mahmudoğlu (Mirzəyev) bütün bunlan yalnız öz sənəti, öz istedadı, zəhməti hesabına qazanmışdı.
Srağagün ifası
ilə milyonlarla insanın ürəyini fəth etmiş
Baba Mahmudoğlu dünyasını dəyişdi. Və mən
bu vida yazısında
onun sənəti, ifası haqqında heç nə
demək istəmirəm. Bilirəm ki,
Azərbaycan musiqisinin
ağsaqqalları, nüfuzlu
kəsləri bunu daha yaxşı deyəcəklər. Mən onun
insanlara məhəbbətlə
dolu ürəyindən,
xeyirxahlığından bəzi
məqamları söyləyəcəyəm.
Hərçənd Baba müəllimin bu keyfiyyətlərini də adi sözlə
çatdırmaq mümkün
deyil.
Tələbəlik illərinin sonuncu kursunda idim. Adi təsadüfdən
son dərəcə təhlükəli
bir zədə aldım. Dostlarımın məni pedoqoji
universitetin dosenti olan Şəfiqə xalam gilə gətirdilər. Onun vasitəsi
ilə bir neçə xəstəxanaya
aparılsam da vəziyyətimi kritik görən həkimlar məsuliyyətin altına
girmədilər. Təzədən evə dönmək məcburiyyətində qaldıq.
Situasiyanın çətinliyini anlatmaq üçün deyim ki, düzü
ağrıların şiddətindən
yaşamaq istəmir, ağlıma cürbəcür fikirlər gətirirdim. Və beləcə
hər biri bir əsrə bərabar olan iki gün ötdü.
Artıq
ölümlə əlbəyaxadaydım.
Sırf təsadüf ucbatından
Baba müəllim bir neçə dəqiqəlik
vacib işdən ötrü həmin qohumum gilə gəldi. Və məni görən
kimi haray çəkdi ki, aya, bu uşağı
niyə buradaca öldürürsünüz? Vəziyyəti öyrəncək Eksperimental Klinik Xəstəxanada doş qəfəsi cərrahiyyəsi
şöbəsinin müdiri
işləyən maşhur
carrah, professor İsa Qurbanəliyeva zəng vurdu. (Sonradan
öyrəndim ki, onlar xala usağı
idilər). Professor dedi
ki, nazirlikdə kollegiya iclası var, ora çağırıblar,
xəstəni iki saatadan sonra gətirin.
Bəlkə də
heç kim
hədsiz mədəniyyət
sahibi olan Baba müəllimin elə hayqırtı çıxaracağına
inanmaz. Bundan sonra mərhum professor, sözün əsl mənasında böyük
insan İsa müəllim dedi ki, məni işdən
çıxarsalar da iclasa getmirəm, xəstəni gətirin...
Saat səkkiz radələrində
başlayan cərrahiyyə əmaliyyatı təxminən
birin yarısında sona çatıb. Deyirlər ki,
əməliyyat zamanı
ölüm dəqiqələri
keçirmişəm. Dəhlizdə ayaq üstə
yaxınlarımla birlikdə nəticəni həyəcanla
gözləyən Baba müəllim
bunu bilən kimi özünü cərrahiyya otağına
salıb. Heç ona
mane olmaq istəyənlərə
də fikir verməyib. Və məni reanimasiya
bölməsinə aparandan
sonra, gecə saat 2-də evinə gedib.
Sonralar mən onunla görüşəndə hər
dəfə göstərdiyi
insanpərvərliyə, xeyirxahlığa
görə minnətdarlığımı
bildirərkən sözümü
kəsib deyərdi ki, belə sözlər
danışma, mən
heç nə eləməmişəm, nə
edibsə Allah edib. Sonralar öyrəndim
ki, Baba müəllimin
həyatında buna bənzər hadisələr
çox olub. Hər dəfə də O, Baba Mahmudoğlu kimi hərəkət eləyib.
Ən vacib işini buraxaraq kimlərəsə
yardım əlini uzadıb, darda qalanın harayına çatıb. Baba müəllim ona pislik edənlərə də xeyirxahlıq etməyi özünə borc billb. Amma heç
vaxt bunlar haqqında danışmayıb.
Bu yazdıqlarım
Baba müəllimin mənə
göstərdiyi xeyirxahlığın
əvəzi üçün
deyil. Mən çalışsam
da heç bunu bacarmaram. Çünki əsl insanlığın,
təmənnasız xeyirxahlığın
əvəzini ödəmək
mümkünsüzdü. Heç Baba müəllimin özü də etdiklərinin əvəzini
heç kimdən gözləməmişdi.
Eləcə harada gücü çatmışdısa, necə
bacarmışdısa, təmənna
ummadan eləmişdi. Və bundan
yalnız rahatlıq tapmışdı.
Xalqımız səhnəmizin Məcnununu,
Kərəmini, xalq artistini, əvəzsiz sənətkarını, bir
də gözəl, səmimi, böyük ürəkli insanını
itirdi. Ailəsi başçısını,
qohum-qardaş doğmasını, biz babasevərlər isə Babamızı itirdik. Vallah çox
qiymətli bir Allah bəndəsini itirdik.
Baba müəllim,
səninlə üzbəsurət
vidalaşa bilmədiyim üçün
çox üzülürəm.
Son dəfa şirin
ləhcəni, şövqlü
danışığını eşitmədiyim üçün
üzülürəm. Bu yazımla ruhunla
vidalaşıram, Baba müəllim.
Və həmişə ruhuna dualar edəcəyəm.
Mənə və üzərində əməyiniz
olan kəslərə
Haqqını halal et.
Ulu Tanrı Sənin xeyirxah əməllərinə, xoş
niyyətinə, təmiz
ürəyinə... görə
köçdüyün son mənzili nurla doldursun. Allah sənə
qəni-qəni rəhmət
eləsin, Baba müəllim!
Bir zamanlar sən məni ölümün caynağından xilas etdin. Mənim gücüm isə
bax, bu vida
yazısına çatdı.
Bağışla məni, Baba müəllim.
Ədalət.- 2006.-
8 dekabr.- S.12.