Turanə

 

Faiq Ağayev növbəti klipini təqdim etdi

"Bağışlaram səni" hər bir tamaşaçının ürəyincə olacaq"

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində əməkdar artist Faiq Ağayev "Bağışlaram səni" adlı mahnısına çəkdirdiyi klipi media mənsublarına təqdim etdi. Klipin rejissoru ssenari müəllifi Üviyyə Könül, operatoru Elmir Süleymanov, montajçısı Ramiz Hüseynov, geyim üzrə rəssamı isə Renat Ramazanovdur.

Təqdimat mərasimində sənətçi bildirdi ki, klip 4-8 noyabr tarixində Bakıda çəkilib:"Çəkiliş müddəti ümumilikdə 34 saat, klipin istehsalı isə düz bir ay təşkil edir. Bu bizim Ülviyyə Konüllə ərsəyə gətirdiyimiz sayca 8-ci klipdir. Klip psixoloji dram janrında çəkilib. Cərəyan edən hadisələr yaş fərqi olan psixiatr Fərhad Abbasovun şəxsi peşekar həyatında baş verən mürəkkəb yaşantılar üzərində qurulub". Klipdə rolları Suğa Bağırzadə, Tural Əsədov, Ziba Ramazanova Rita Əmirbəyova çəkiliblər. Sənətçi klipin çox uğurlu alındığını dedi işbirliyindən razı qalıb: "Bağışlaram səni"də elə insanlar bir yerə toplaşıblar ki, nəticənin pis alınması qeyri-mümkün idi. Gözlədiyimizdən artığını əldə edə bildik. İnanıram ki, klip hər bir tamaşaçının ürəyincə olacaq".

F.Ağayevin sözlərinə görə, yaxın vaxtlarda o, "Unutma məni"

klipini pərəstişkarlarının ixtiyarına verəcək. klip sadəliyi ilə fərqlənəcək: "Növbəti klipində sujet xətti olmayacaq. Ancaq mən fərqli görkəmlərdə çəkilməyəcəm. Yanvarda isə bütün pərəstişkarlarının qarşısına 5 günlük solo-layihəmla çıxacağam. Əminəm ki, bu layihə uğurla başa çatacaq".

 

Üç nöqtə.- 2006.- 9 dekabr.- S.15.