Cavadov S.

 

Aşıq Pəri məclisi" Neftçalada tədbir keçirdi

 

Xalqın hörmətini, məhəbbətini qazanmış "Aşıq Pəri məclisi"nə 20 il rəhbərlik edən Narınc Xatunun bu günlərdə 75 yaşı tamam olmuşdur. Bu münasibətlə doğulub boya-başa çatdığı Neftçala rayonunda geniş tədbir keçirilmişdir.
Aşıq sənəti poeziya həvəskarlarının qatıldığı tədbiri filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev açaraq qeyd etdi ki, bu gün çəkinmədən deyə bilərik ki, yarandığı vaxtdan "Aşıq Pəri məclisi"nin bütün uğurları Narınc Xatunun adı ilə bağlı olmuşdur. Yazıçılar İttifaqında 22 sentyabr 1984-cü il tarixdə "Aşıq Pəri"nin təsis yığıncağı keçirildi. Məclisin şöhrəti qısa müddət ərzində Gürcüstan, Dağıstan, İran, Türkiyə İraqda da yayılmağa başladı. Məclisin üzvləri folklor-musiqi festivallarında iştirak etmək üçün bir çox xarici ölkələrə dəvət olundular. Xalq tərəfindən sevilən, bütün ailələrin, el-obanın arzulanan qonağına çevrilən Narınc Xatunun zəhməti dövlət tərəfindən layiqincə qiymətləndirilmiş, əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Natiq sonra qeyd etdi ki, Narınc Xatun həm şairdir. O, ömrünü aşıq poeziyasına həsr edərək onun bütün janrlarında poeziya nümunələri yaratmağa nail olmuşdur. Tədbirə dəvət almış əməkdar incəsənət xadimi Ağalar Mirzə isə dedi:
- Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2000-ci ildə R.Behbudov adına Mahnı Teatrında "Aşıq Pəri məclisi"nin 15 illiyi qeyd edildi. Yubileylə bağlı fəxri fərmanlar, təbriklər təqdim olundu. Xalq şairi Zəlimxan Yaqub ümummilli liderimiz Heydər Əliyevin təbrikini sənətsevərlərə çatdırdı. Bu gün Azərbaycan muğamlarına, aşıq sənətinə, incəsənətimizə ölkə rəhbəri cənab İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən böyük diqqət qayğı göstərilir.
Narınc Xatun ictimai işlərdə fəal iştirak edir. O, respublika Aşıqlar Birliyinin IV qurultayının nümayəndəsi olmuş, birliyin idarə heyətinin üzvü seçilmişdir. Bir neçə dəfə Azərbaycan yazıçılarının qurultayının nümayəndəsi olmuşdur.
Respublikamızın müxtəlif guşələrindən gələn ustad aşıqlar, şairlər, alimlər tədbiri daha da rövnəqləndirdilər. Elm xadimi Akif Kərimov, aşıq Lətifə Çeşməli, şairə Səadət Buta, aşıq Minayə Azaflı, oftalmoloq alim Paşa Qəlbinur, şairə Pərvanə Zəngəzurlu, aşıq Telli Borçalı, şairə Fərqanə Mehdiyeva, aşıq Gülnarə Azaflı, şairə Gülayə Şınıxlı başqaları Narınc Xatunu təbrik edərək ona həsr etdikləri şeirləri mahnıları oxudular.
"Aşıq Pəri məclisi"nin rəhbəri Narınc Xatun ona göstərilən diqqət qayğı üçün Neftçala Rayon İcra Hakimiyyətinə, tədbirin təşkilində keçirilməsində payı olan insanlara-yubileyində iştirak edənlərin hamısına minnətdarlığını bildirdi.

Azərbaycan.- 2006.- 5 dekabr.- S. 7.